PDF Oxu

Sosial

  • 15

Qida təhlükəsizliyinin təmin olunmasına nəzarət gücləndirilib

Qida təhlükəsizliyinin təmin olunmasına nəzarət gücləndirilib

Dünən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətinə dair dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən mərkəzin rəhbəri Vaqif Abdullayev bildirib ki, mərkəzin əsas fəaliyyəti ölkə əhalisinin sağlamlığını insanı əhatə edən mühit amillərinin mənfi təsirlərindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilmiş tədbirlərin təşkili və həyata keçirilməsindən ibarətdir.

V.Abdullayev çıxışında ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətinin aparıcı qüvvəsi olan sanitariya-epidemioloji xidmətin də fəaliyyətinin səmərəliliyinə öz müsbət təsirini göstərdiyini diqqətə çatdırıb.

Mərkəzin rəhbəri ölkədə poliomielitdən azad statusun saxlanılması, qızılca və məxmərək xəstəliklərinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası kimi bir sıra kompleks tədbirlər planı çərçivəsində əməli tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini qeyd edib.

Dəyirmi masada o da məlumat verilmişdir ki, Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə hər il çimərlik mövsümü dövründə laborator tədqiqat üsullarının tətbiqi ilə nəzarət aparılmış, Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq, həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barəsində Respublika GEM tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanılıb: "Qida zəhərlənmələrinin və qida vasitəsilə baş verən infeksion xəstəliklərin profilaktikası məqsədilə qida təhlükəsizliyinin təmin olunmasına nəzarətin təşkili sahəsində geniş tədbirlər həyata keçirilmiş, yeyinti məhsullarının normativ sənədlərinin razılaşdırılması, məhsulların gigiyenik sertifikatlaşdırılması, qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş və səmərəli fəaliyyət təmin olunmuşdur".

ZÜMRÜD

Digər xəbərlər