PDF Oxu

Sosial

  • 18

Azərbaycanın enerji siyasəti güclənir

Azərbaycanın enerji siyasəti güclənir

İlham Əliyev: "Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun"

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri görmüşdür. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi və ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişafı daha da sürətləndirmək strategiyası Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir.

Son illər ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində elektrik stansiyalarının müxtəlif bölgələrdə inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərinin yüksəldilməsinə, eləcə də regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Həyata keçirilən ardıcıl tədbirlər sayəsində energetikanın maddi-texniki bazası möhkəmlənib, bir sıra yeni modul tipli elektrik stansiyaları istifadəyə verilib. Bütün bunlar enerji müstəqilliyini möhkəmləndirib, ölkə əhalisinin və iqtisadiyyatının tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin ixrac potensialını yaradıb.

Yeri gəlmişkən, bərpa olunan enerji mənbələri arasında su elektrik stansiyaları mühüm yer tutur. Alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən su elektrik stansiyalarından alınan elektrik enejisi ekoloji cəhətdən təmiz və sərfəli olduğundan bu məsələ bütün dünyanın diqqət mərkəzindədir. Son 12 ildə Azərbaycanda 25 elektrik stansiyası istifadəyə verilib ki, bunlar da regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları çərçivəsində yaradılmış infrastruktur layihələri sırasında mühüm yer tutur. Təqdirəlayiq haldır ki, həmin stansiyalar vasitəsilə təkcə paytaxtın və iri şəhərlərin deyil, bölgələrin də enerji təchizatı köklü surətdə artıb.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş müşavirədə bu barədə demişdir: "2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik. Bu illər ərzində - 2004-cü ildən bu günə qədər ölkəmizdə 25 elektrik stansiyası tikilmişdir. Ümumi elektrik stansiyalarının sayı 34-dür, 25-i son 12 il ərzində tikilmişdir".

Kiçik su-elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritetdir

Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi, ilk növbədə, hidroenergetikanın inkişafı, o cümlədən, kiçik su-elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. Bu baxımdan, bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Qəbələ və İsmayıllı rayonlarına səfərləri zamanı "İsmayıllı-2" su- elektrik stansiyasının açılışında iştirak etmiş və demişdir: "...Bu gün İsmayıllıda ikinci su-elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su-elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O, daha böyük həcmdədir - 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara - Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək".

Qeyd olunub ki, bərpa olunan enerji mənbələrindən biri də ümumi gücü 3,2 meqavat olan "İsmayıllı" kiçik su-elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılmasına da imkan verir. Eyni zamanda, həmin stansiyaların yerləşdiyi rayonun enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində özünəməxsus rolu böyükdür.

Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi, ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən, kiçik su-elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. Prezident İlham Əliyev bu sahədə qarşıda duran hədəf barədə demişdir: "Elə etməliyik ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Ona görə kifayət qədər generasiya güclərimiz yaradılıb. İndi əsas məsələ ondan ibarətdir ki, biz insanlara bu elektrik enerjisini fasiləsiz çatdıra bilək".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər