Dünən Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar.
Həmçinin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur Vətən övladlarının xatirəsi Şəhidlər Xiyabanında anılıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulubdur. İlk sərhədçi milli qəhrəman Eldar Məmmədovun məzarı da ziyarət edilibdir.
DSX-nin mətbuat xidmətinin məlumatına görə, Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünü xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin son illər ərzində ciddi inkişaf yolu keçərək, mükəmməl hərbi qurum səviyyəsinə yüksəlmişdir. Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı, etibar və etimadı dayanır.
Prezident İlham Əliyevin iyun ayının 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan "Tufan" tipli sərhəd gözətçi gəmisi ilə və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olması, avqust ayının 10-da Qəbələ rayonuna səfəri çərçivəsində Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasında xidmətin təşkili ilə maraqlanması, avqust ayının 16-da imzaladığı sərəncamlarla sərhədçiləri ali hərbi rütbələrə, orden və medallara, fəxri adlara layiq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş cəsur Vətən övladlarının xatirəsi Şəhidlər Xiyabanında anılmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur. İlk sərhədçi milli qəhrəman Eldar Məmmədovun məzarı da ziyarət edilmişdir.
Ü.ƏSGƏROV