PDF Oxu

Sosial

  • 26

Radik İsayev: qızıl sevinci

Radik İsayev: qızıl sevinci

Gümüş çox, bürünc bol... bəs qızıl hanı?

Gözümüzün kökü saraldı, vallah.

Çərxin məhvəri də qovur zamanı,

Səbrimiz tükəndi, daraldı, vallah.

Nəhayət, sevindik 17-ci gün,

Boylanmaqda idi üfüqdən günəş.

Radik İsayevdə hal-əhval üstün,

Qızıldan əl üzmüş rəqibi həbəş.

İlk qızıl arzusu doğdu günəş tək,

Rioda oyunlar bitənə yaxın.

Radik İsayevdə bir qızıl istək,

Onu diyirlədi Vətənə yaxın.

Radik İs-Sufunu yordu, fırladı,

O da xumarlandı ritmik çəpikdən.

Rəqibin gözündə gümüş parladı,

Başına dəyən bərk iki təpikdən.

Hesab 6:1-di, zərbələr qoşa,

Saat 5:30-du, bazar günüydü.

Qələbə təpiyi bərk dəydi başa,

Rəqib də əyilib dərhal baş əydi.

Rəsul Sunayev: bürünc xəcaləti

Dedin: "Sunayevəm, hərfi dəyişmə,

Məni mənzilimə dartdı niyyətim.

Bədnama uduzdum, mənə ilişmə,

Bürüncüm ən böyük nailiyyətim".

Sunayev soyadın dildə gəzərdi,

Sən bürünc qazandın, gözlərin aydın!

Şöhrətin, hünərin eldə gəzərdi,

Erməni altına yıxılmasaydın!

Teymur Məmmədov: irada irad

Bütün komandanın bayraqdarıydın,

Zirvəyə çıxdılar, kandarda qaldın.

Məğlub olmağını adi hal saydın,

Gümüşdən, bürüncdən kənarda qaldın.

İrad tutan kəsi dost sayıb utan,

Etik qaydalara əməl et bir az.

Əlində qələbə bayrağı tutan,

Məğlub görkəmində geri qayıtmaz.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər