PDF Oxu

Sosial

  • 25

Dünyanın nüfuzlu siyasətçiləri Qəbələdə toplaşacaq

Dünyanın nüfuzlu siyasətçiləri Qəbələdə toplaşacaq

Bu il dekabrın 7-8-də Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək. Beynəlxalq musiqi festivallarına və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən, Azərbaycanın turizm şəhəri kimi tanınan Qəbələ artıq dünyanı narahat edən problemlərin müzakirə edildiyi, siyasi diskussiyaların aparıldığı mərkəzə çevrilir. Komitədən qəzetimizə verilən məlumata görə, tədbir zamanı 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə, 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələdə toplaşacaq.

Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir.

ZÜMRÜD

Digər xəbərlər