PDF Oxu

Sosial

  • 38

DAŞKƏSƏN RAYONUNDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLMİŞDİR

DAŞKƏSƏN RAYONUNDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLMİŞDİR

Dünən 2016-cı il üçün rayonun mülki müdafiə sahəsində tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdaifə İdarəsinin Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən Daşkəsən rayonunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks Mülki Müdafiə təlimi keçirilmişdir.

Kompleks təlimə rayon icra hakimiyyəti başçısı aparatı, rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunmuşdur. Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 198 nəfər şəxsi heyəti və 34 ədəd müxtəlif tipli texnikası iştirak etmişdir.

Daşkəsən rayon Fövqəadə Hallar Komissiyasının sədri Cavanşir Qocayev rayonun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin keçiriləcək kompleks təlimə tam hazır vəziyyətdə olduğunu Daşkəsən rayon icra hakimiyyətinin başçısı, rayonun mülki müdafiə qüvvələrinin rəhbəri Əhəd Abıyevə məruzə etdikdən sonra təlimə start verildi.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı, rayonun mülki müdafiə qüvvələrinin rəhbəri Əhəd Abıyev kompleks təlimin yekununda çıxış edərək demişdir: "2016-cı il üçün rayonun mülki müdafiə sahəsində tədbirlər planına uyğun olaraq, Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Gəncə Regional Fövqəladə Hallar və Mülki müdafiə şöbəsi tərəfindən Daşkəsən rayonunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirildi. Təlimin keçirilməsi ilə əlaqədar yüksək səviyyədə bütün zəruri hazırlıq işləri görülmüşdür.

Təlimin keçirilməsində əsas diqqət komadir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilmişdir. Kompleks təlimə rayonun hərbiləşdirilməmiş MM dəstələri və xidmətləri, o cümlədən, ictimai asayişi mühafizə xidməti, tibb xidməti, rayon-ərazi kəşfiyyat dəstəsi, rayon-ərazi xilasetmə dəstəsi, qaz-qəza xidməti, elektrik-qəza xidməti, su-kanalizasiya xidməti, avtonəqliyyat xidməti, baytarlıq xidməti, yol-istismar xidməti, həmçinin, rayon yanğından mühafizə xidmətinin şəxsi heyəti cəlb edilmişdir".

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışının sonunda kompleks təlimin iştirakçılarına təşəkkür etmiş və bundan sonra da Daşkəsən rayon icra hakimiyyəti tərəfindən rayonda mülki müdafiə işlərinin yüksək səviyyədə təşkili üçün aidiyyəti üzrə bütün lazımi tədbirlərin, mütəmadi olaraq, görüləcəyini bildirmişdir.

Sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Mülki Müdaifə idarəsinin rəisi polkovnik Vüsal Tahirov çıxış edərək, Daşkəsən rayonunda keçirilmiş təlimi yüksək qiymətləndirdi.

Rəfiqə Kamalqızı

Digər xəbərlər