PDF Oxu

Sosial

  • 16

Bosniyada Avropanın problemləri müzakirə ediləcək

Bosniyada Avropanın problemləri müzakirə ediləcək

Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısında Avropanın problemlərini müzakirə edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan və bu il noyabrın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək toplantıda bu ölkənin Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Bolqarıstan prezidenti Posen Plevneliyev, Makedoniya prezidenti George İvanov, Monteneqro prezidenti Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani iştirak edəcək. Bundan başqa, Xorvatiya, Rumıniya, Sloveniya, Serbiya və Yunanıstanın da hazırkı dövlət başçılarının iştirakı gözlənilir. Ümumilikdə isə, toplantıya Andorra, Belçika, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Latviya, Fransa, Almaniya və digər ölkələr də daxil olmaqla, 50-dən artıq hazırkı və sabiq dövlət rəhbəri, nüfuzlu siyasətçilər qatılacaq. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər dini konfensiyaların rəhbərləri daxil olmaqla, Azərbaycan nümayəndə heyətinin də iştirakı planlaşdırılır.

Tədbirdə, həmçinin, gələn il keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdiriləcək, növbəti hazırlıq iclaslarının yeri və vaxtı dəqiqləşdiriləcək.

ZÜMRÜD

Digər xəbərlər