PDF Oxu

Sosial

  • 267

“Dini radikalizm və xurafat – bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilir

“Dini radikalizm və xurafat – bir medalın iki üzü” mövzusunda “dəyirmi masa” keçirilir

Avqustun 29-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini radikalizm və xurafat – bir medalın iki üzü" mövzusunda "dəyirmi masa" işə başlayıb.AZƏRTAC xəbər verir ki, tədbirdə DQİDK-nın, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) nümayəndələri, eləcə də ilahiyyatçılar, ziyalılar və gənclər iştirak edirlər. "Dəyirmi masa"nın keçirilməsində məqsəd dini radikalizm və onun fəsadları, bu bəlanın qurbanına çevrilən insanlar, xurafat və onun törətdiyi fəsadlar ilə bağlı müzakirələr təşkil etmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.DQİDK-nın sədr müavini Gündüz İsmayılov "dəyirmi masa"da xurafatın, dini savadsızlığın səbəb olduğu faciələrdən, ona qarşı mübarizə yollarından danışıb.

AZƏRTAC

Digər xəbərlər