PDF Oxu

Sosial

  • 36

"MƏN CƏMİYYƏT ARASINDA"

"MƏN CƏMİYYƏT ARASINDA"

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə bu mövzuda layihənin açılış mərasimi olub

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş "Mən cəmiyyət arasında" adlı layihənin açılış mərasimi olmuşdur. Layihə rəhbəri Fərid Nəsibov açılış zamanı layihə haqqında geniş məlumat verərək bildirmişdir ki: "Biz müasir dünyada sürətlə inkişaf edirik və bir çox ölkələrin maraq dairəsindəyik. Ölkəmizə turist axını var. Bunun üçün biz cəmiyyətimizdə xoşagəlməz hadisələrin, qanun pozuntularının qarşını almalıyıq. Cəmiyyətimizin olduqca mədəni və sivil olduğunu hər kəsə göstərməliyik. Özümüzdə vətəndaşlıq hissini daha da yüksəltməliyik."

Layihə təcrübi və praktiki hissələrdən ibarət olacaq. İlkin təlimlərdə praktiki söhbətlər, müzakirələr, cəmiyyətdə insanlar tərəfindən olunan qanun pozuntuları və onların həlli yollarından danışılmışdır.

Daha sonra isə gənc təlimçi YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Səməd Rzazadə cəmiyyətdə davranış, etik qaydalara əməl olunması, həmçinin, üzləşdiyimiz problemlərin necə və hansı yollarla çözülməsi barədə iştirakçılara məlumat vermişdir.

Sonra isə layihə iştirakçıların sualları ilə davam etdirilmişdir.

RƏFİQƏ

Digər xəbərlər