PDF Oxu

Sosial

  • 27

Ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlər həyata keçirilir

Ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlər həyata keçirilir

Dünən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ana və uşaqların sağlamlığı mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən baş pediatr Nəsib Quliyev qeyd edib ki, ana və uşaqların sağlamlığının qorunması dövlətin və səhiyyəsinin əsas prioritet istiqamətidir. Bu strategiyanın əsası müstəqilliyimizin ilk illərindən etibarən xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur: "Hələ o zaman Ulu Öndərin təşəbbüsü və böyük dəstəyi ilə, MDB ölkələri arasında birinci olaraq Avropadan alınan kredit hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman preparatları və tibbi ləvazimat gətirilməklə, bu problemlərin həllinə başlamışdır. Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramlarının qəbul edilərək, reallaşdırır. 2013-cü ilin martında "Uşaqların İcbari Dispanserizasiyası haqqında" qəbul edilmiş Qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir". O bildirib ki, 2014-2020-ci illəri əhatə edən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında" Dövlət Proqramı da uğurla reallaşır: "Hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar ki, bu da dünyanın inkişaf etmiş ölkələri səviyyəsindədir. Qızılca və məxmərək xəstəliyinin ölkə səviyyəsində ləğv edilməsinə görə, Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer almışdır".

NƏZAKƏT

Digər xəbərlər