PDF Oxu

Sosial

  • 32

Şəmkirdə Təşviqat Qrupunun rayon şöbəsinin yığıncağı keçirilib

Şəmkirdə Təşviqat Qrupunun rayon şöbəsinin yığıncağı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının inzibati binasında ölkə konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirləcək Referendum ilə əlaqədar "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəmkir rayon şöbəsinin yığıncağı keçirilib.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəmkir rayon şöbəsinin fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Tədbirdə təbliğat-təşviqat kampaniyası dövründə "Yeni Azərbaycan" Təşviqat Qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısı diqqətə çatdırıb, həmçinin onlar arasında konkret iş bölgüsü aparılıb. Eyni zamanda, qəsəbələrdə təşviqat kampaniyasında iştirak edəcək ağsaqqallar, ziyalılar müəyyənləşdirilib. Dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb və onlara məlumatlar verilib, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyən edilib.

Yığıncaqda YAP Şəmkir rayon təşkilatı aparatının məsləhətçisi İlkin Musayev, YAP Şəmkir rayon təşkilatı gənclər birliyinin sədri Emin İsmayılov və digərləri görülən işlərlə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər Şəmkir rayonunda ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.

A.SƏMƏDOVA

Digər xəbərlər