PDF Oxu

Sosial

  • 470

İnkişafa və tərəqqiyə doğru

İnkişafa və tərəqqiyə doğru

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Daşkəsən rayon şöbəsinin yığıncağı keçirilib

YAP Daşkəsən rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun rayon şöbəsinin yığıncağı keçirilib. Yığıncaqda qərargah üzvləri, partiya fəalları, gənclər, qadınlar və yaşlı nəslin nümayəndələri iştirak edib. Yığıncaqda ümumxalq səsverməsinə (referenduma) hazırlığın vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr, təbliğat materiallarının yerləşdirilməsinə hazırlıq, müşahidəçilərin üzərinə düşən vəzifələr, onlara aid olan sənədlərin hazırlanması və digər məsələlər müzakirə olunub.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Daşkəsən rayon tcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov və başqaları çıxış edərək rayonda Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq Ümumxalq səsverməsinin (Referendumun) keçirilməsinə hazırlığın mövcud vəziyyəti, seçki məntəqələrinin hazırkı maddi-texniki təminatı, məntəqə seçki komissiyalarının hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu qeyd ediblər. Həmçinin, rayonun ərazisində müəyyən edilmiş yerlərdə keçiriləcək mitinqlərin və görüşlərin qrafiki müzakirə olunaraq təsdiq olunmuşdur. Partiya fəalları əminliklə bildirmişlər ki, həmişə olduğu kimi, bu kampaniyada da daşkəsənlilər hamılıqla iştirak edəcək, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı məqsədyönlü siyasəti yüksək səviyyədə dəstəkləyəcəklər.

R.HÜSEYNOVA

Digər xəbərlər