26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" Referendum üzrə Təşviqat Qrupu 3 sentyabr 2016-cı il tarixdən təşviqat-təbliğat fəaliyyətinə başlamışdır
Biləsuvar
"Yeni Azərbaycan" Təşviqat Qurupunun Biləsuvar şöbəsi 3 sentyabr 2016-cı il tarixdən təşviqat-təbliğat fəaliyyətinə başlamışdır.Təbliğat-təşviqat materialları 3 sentyabr 2016-cı il tarixdə seçki məntəqələrinin qarşısında olan lövhələrə yapışdırılmışdır. Təbliğat-təşviqat materiallarının lövhələrə yapışdırılması ilə əlaqədar 102 nəfər YAP fəalı iştirak etmişdir.
QƏBƏLƏ
YAP Qəbələ rayon təşkilatında təbliğat-təşviqat işlərinə start verilib. Bu gün səhər qanunla müəyyən olunan seçki lövhələrinə "Yeni Azərbaycan" Referendum üzrə Təşəbbüs Qrupunun plakatları yapışdırılmışdır. Artıq Qəbələdə bütün məntəqələr seçkiyə hazırdır. Rayonun ərazisində cəmi 78 seçki məntəqəsi fəaliyyət göstərir ki, bu məntəqələrin 54- ü 116 saylı Qəbələ Seçki Dairəsinə aiddir ki, onlarda olan seçici sayı 43.484 nəfərdir, 24-ü isə Oğuz-Qəbələ Dairə-Seçki Komissiyasının ərazisini təmsil edir ki, bu dairə üzrə isə 20.299 nəfər seçici vardır. Bu dairələrin Qəbələyə aid olan seçicilərinin cəmi sayı 63783 nəfərdir.
Seçki təbliğatı bu gündən etibarən " Yeni Azərbaycan" Referendum üzrə Təşəbbüs Qrupunun tərtib etdiyi iki mərhələdən ibarət qrafikə uyğun davam edir.
Şamaxı
Sentyabrın 3-də səhər saat 08-00 dan etibarən "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şamaxı şöbəsində qərargah üzvləri 63 seçki məntəqəsi üzrə təbliqat lövhələrində təşviqat materiallarını yerləşdiriblər. Təşviqat materiallarının lövhələrdə yerləşdirmək üçün partiya fəalları təhkim olunublar.
Qax rayonu
YAP Qax rayon təşkilatı 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsi - referenduma hazırlıqla bağlı təbliğat-təşviqat kampaniyasına start verib. Səhər saatlarından "Yeni Azərbaycan" Təşviqat Qrupunun plakatları seçki məntəqələrinin ərazisində quraşdırılmış təbliğat-təşviqat lövhələrinə yapışdırıldı. Bu kampaniyada YAP Qax rayon təşkilatının gənc fəallardan ibarət qrupu aktiv şəkildə fəaliyyət göstərib. YAP Qax rayon təşkilatı fəaliyyət proqramına uyğun olaraq, təbliğat kampaniyası dövründə seçki qərargahının təyin etdiyi təbliğat qrupları vasitəsilə seçicilər arasında təbliğat-təşviqat materiallarının paylanması nəzərdə tutulub və eyni zamanda, əvvəlcədən tərtib olunmuş qrafikə əsasən, müəyyən olunmuş açıq və qapalı yerlərdə seçicilərlə görüşlər planlaşdırılıb.
Balakən rayonu
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2016-ci ilin 26 sentyabrda keçiriləcək referendumun təbliğat kampaniyasına "Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayon şöbəsində də start verilib.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayonu uzrə fəalları toplaşaraq öz aralarında seçki məntəqələri üzrə bölgü aparıb və təşviqat qrupunun "Həmrəy olaq, HƏ deyək" şüarı yazılmış plakatlarını təşviqat lövhələrinə yerləşdirməyə başlayıblar. Referendumla bağlı görüşlərin cədvəlləri tərtib edilib, seçki məntəqəsi ətrafında yerləşən "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, rayon icra hakimiyyəti tərəfindən müəyyən edilmiş açıq və qapalı yerlərdə görüşlərin keçirilməsinə hazırlıq işlərinə başlanıb.
Zaqatala rayonu
"Yeni Azərbaycan" Təşviqat Qrupunun Zaqatala rayon şöbəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat mərhələsinə start verib. "Həmrəy olaq, HƏ deyək!" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zaqatala rayon şöbəsi də ümumxalq səsverməsi ilə əlaqədar operativ fəaliyyətə başlayıb.
Suraxani rayonu
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Suraxanı rayon şöbəsi sentayabın 26-da keçiriləcək referenduma hazırlıqla bağlı təbliğat-təşviqat kampaniyasına start verib. "Həmrəy olaq, HƏ deyək" devizi altında keçirilən plakatların təbliğat lövhələrində asılması prosesində partiaya üzvləri böyük fəallıqla iştirak ediblər. Rayon ərazisi üzrə Qaracuxur, Zığ, Hövsan, Əmircan qəsəbələrində plakatların təbliğat lövhələrində asılması prosesində 38 YAP üzvü iştirak edib.
Zərdab rayonu
26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla əlaqədar Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Zərdab rayon şöbəsi təşviqat tədbirlərinə başlayıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq referendumun təbliğat-təşviqat kampaniyasına start verdi. Partiyanın rayon təşkilatının gənclər birliyinin fəallarından təşkil olunmuş təşviqat qrupunun üzvləri rayonun 42 seçki məntəqəsinin ərazisində qurulmuş təşviqat lövhələrinə "Həmrəy olaq, HƏ deyək" devizi altında plakatların asılması ilə start verilib.
Oğuz
3 sentyabr 2016-cı il tarixdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Oğuz rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başladı. Təbilğat kampaniyasına "Həmrəy olaq, HƏ deyək!" devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verildi.
AĞSU
26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsində (referendum) iştirak etmək üçün "Yeni Azərbaycan" Referendum üzrə Təşviqat Qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat sentyabr ayının 3-də başlayıb. Ağsu rayonu ərazisində fəaliyyət göstərən 87 saylı Ağsu -İsmayıllı Dairə- Seçki Komissiyasının 56 məntəqəsinin hər birinə lövhənin hər iki üzünə "Yeni Azərbaycan" Referendum üzrə Təşviqat Qrupunun təbliğat materiallarının yapışdırılmasına 3 sentyabr 2016-cı il saat 08-30-da başlanılmışdır. Təbliğat materiallarının yapışdırılması hər qrupda 3 nəfər olmaqla, 5 qrup tərəfindən həyata keçirilir.
Nəsimi
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. Təbliğat kampaniyasına "Həmrəy olaq, HƏ deyək" devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verilib. "Yeni Azərbaycan" Referendum üzrə Təşviqat Qurupunun Nəsimi rayon şöbəsinin üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər.
Səbail
Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum ilə əlaqədar bu gün "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib. Saat 08:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda refendumla bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə, ümumilikdə, 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başlayıblar. Plakatların yapışdırılması prosesi günorta saatlarında uğurla sona çatdırılıb.
Tərtib olunmuş qrafikə uyğun olaraq 5 sentyabr tarixindən başlayaraq, rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.
Quba rayonu
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. Təbliğat kampaniyasına "Həmrəy olaq, HƏ deyək" şüarı yazılmış plakatların 52 saylı Quba , 53 saylı Quba -Qusar seçki dairələrinin 133 məntəqəsi qarşısındakı lövhələrin açılması ilə start verilib.
"Yeni Azərbaycan" Referendum Təşviqat Qrupunun Quba rayon şöbəsi üzvləri və fəal gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər. Quba seçiciləri, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də fəallıq göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanılıda qürur hissi doğurur.
Qusar rayonu
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qusar rayon şöbəsi təbliğat tədbirlərinə başlayıb. Təşviqat qrupunun üzvləri bu gün səhərdən başlayaraq seçki məntəqələrinin yaxınlığında, rayonda əvvəlcədən müəyyənləşdirilmiş xüsusi yerlərdə təbliğat plakatlarının vurulması kampaniyasına start veriblər. Qrupun fəalları müəyyən olunmuş yerlərdə təşviqat materiallarının yerləşdirməsini təmin ediblər.
BİNƏQƏDİ
Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsi təbliğat-təşviqat kampaniyasına fəal şəkildə qoşulub. Belə ki, YAP Binəqədi rayon təşkilatının gənc fəallarından və könüllülərindən ibarət heyət kampaniyaya start verildiyi andan təşviqat qrupunun seçki materiallarını yaymağa başlayıb. Onlar Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məntəqə-seçki komissiyalarına gələrək, "Yeni Azərbaycan" Təşviqat Qrupunun "Həmrəy olaq, HƏ deyək" şüarı ilə bəzədilmiş təşviqat materiallarını müvafiq təbliğat lövhələrindən asıblar.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində 3 müstəqil - 8 saylı Binəqədi I, 9 saylı Binəqədi II, 10 saylı Binəqədi III seçki dairəsi və 1 müştərək - 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi və həmin seçki dairələri üzrə, ümumilikdə, 115 daimi və 3 müvəqqəti məntəqə-seçki komissiyaları fəaliyyət göstərir.
İsmayıllı rayonu
Sentyabrın 26-da konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumun təşviqat kampaniyasına start verilib. Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat tədbirləri çərçivəsində "Həmrəy olaq, HƏ deyək" devizi altında plakatların Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrə yapışdırması prosesi başa çatdırılıb.
İsmayıllı rayonu üzrə "Yeni Azərbaycan" Referendum üzrə Təşviqat Qurupunun üzvləri və gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstəriblər.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.
Rayon təşkilatı əmindir ki, seçki prosesi, əvvəlki illərdə olduğu kimi, bu seçkilər də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun olaraq tam şəffaf və ədalətli şəkildə keçiriləcəkdir.
Rəfiqə