PDF Oxu

Sosial

  • 49

General-polkovnik Elçin Quliyev Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək

General-polkovnik Elçin Quliyev Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək

Sentyabr ayının 15-də saat 10:00-da Zaqatala Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabr ayının 13-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

Digər xəbərlər