PDF Oxu

Sosial

  • 55

Qusarda seçicilərlə görüş keçirildi

Qusarda seçicilərlə görüş keçirildi

Dünən Qusar şəhər İncəsənət Məktəbin akt zalında 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" və "Bələdiyyə"" Təşviqat Qruplarının üzvlərinin şəhər seçiciləri ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Milli Məclisinin deputatı Azər Badamov ölkədəki ictimai-siyasi proseslərə toxunaraq, qeyd etdi ki, bu gün Azərbaycanın inkişafı ictimai həyatın bütün sahələrində hiss olunur, ölkənin müstəqilliyi Prezident İlham Əliyev tərəfindən daha da möhkəmlənir: "Azərbaycan dünyanın stabil dövlətlərindən birinə çevrilir. Belə bir dövrdə konstitusiyaya edilən əlavə və dəyişikliklər zəruridir. Referendum Akt idarəçilikdə yeni islahatlara təkan verəcək, Azərbaycana daha da uğur gətirəcək. Yeni dəyişikliklərin vitse-prezidentlik institutunun təməli qoyulacaq və bununla da yeni idarəçilik sistemi yaradılacaq. O, seçiciləri referendum günü daha fəal olmağı tövsiyə etdi.

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul etdiyi Konstitusiyadan indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolundan və bu gün konstitusiyaya əlavə və dəyişiklik etmək zərurətinin labüdlüyündən danışıb: "Ölkədə gedən demokratik proseslərin dövlətimizin Əsas Qanununa - Konstitusiyaya zaman-zaman dəyişikliklər edilir. Konstitusiyaya olunan əlavə və dəyişikliklər dövrün tələbindən yaranıb".

B.Quliyev konstitusiyaya əlavə və dəyişikliklərin bir neçə maddəsinə aydınlıq gətirərək ümumxalq müzakirələrinə çıxarılan təkliflərin Azərbaycanın gələcək inkişafına yeni töhfələr verəcəyini vurğuladı:"İnanırıq ki, hər bir azərbaycanlı dövlətimizin tərəqqisi, gələcək inkişfı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və 26 sentyabr tarixində seçki məntəqələrinə gələrək, bu dəyişikliklərin hər bir maddəsinə səs verəcəklər".

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və Qusar bələdiyyəsinin sədri Əlfəddin İbrahimov çıxış edərək, seçiciləri Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər və əlavələr haqqında ətraflı məlumatlandıraraq, onları 26 sentyabr tarixində seçki məntəqələrə gələrək, keçiriləcək referendumda iştirak etməyə çağırdılar.

Görüşdə iştirak edən seçicilər, birmənalı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəkləyəcəklərini və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda iştirak edəcək konstitusiyada ediləcək dəyişiklik və əlavələrə səs verəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər