PDF Oxu

Sosial

  • 34

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlir

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlir

Ölkəmizdə üç minə yaxın xəstə hemodializ seansları ilə pulsuz təmin olunur

Dünən Akademik M.Cavadzadə adına Respublika Klinik-Uroloji Xəstəxanasında dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən xəstəxananın böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarına nəzər salıb: "Diqqətəlayiqdir ki, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı ərazidə alır. Bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürmüşdür".

Dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən birinin əhaliyə keyfiyyətli tibbi yardım göstərməyin olduğunu bildirən Ş.Nəsirov bu məqsədlə tibb müssisələrinin müasir avadanlıqlarla təchiz olunduğunu, yüksək ixtisaslı kadrlarla təmin edildiyini bildirib. Akademik M.C.Cavadzadə adına Respublika Klinik-Uroloji Xəstəxanası da belə xəstəxanalar sırasındadır. Klinikanın qəbul-poliklinik şöbəsinə il ərzində 4000-dən artıq xəstə müraciət edir, onlardan təxminən 1000 nəfərinə stasionar müalicə təyin edilir.

Şöbə müdiri uşaq uroloji şöbəsi üzrə il ərzində 2100-dən artıq xəstə ambulator müayinədən keçirildiyini, onlardan təxminən 500 nəfərin cərrahi əməliyyata məruz qaldığını bildirib: "Xəstəxananın ən müasir avadanlıqla təchiz olunan böyrəkköçürmə sahəsində son 3 ildə 49 xəstəyə canlı donordan uğurlu böyrəkköçürmə əməliyyatı aparılıb. Klinikanın 10 çarpayılıq hemodializ şöbəsində isə il ərzində 3680-dən artıq dializ seansı aparılır".

NƏZAKƏT

Digər xəbərlər