PDF Oxu

Sosial

  • 237

Ölkəmizdə referendumun həyata keçirilməsi zərurəti yaranmışdır

Ölkəmizdə referendumun həyata keçirilməsi zərurəti yaranmışdır

Referendum bir çox ölkələrin konstitusion təcrübəsində sınanmış vasitədir. O, dünyanın bir sıra ölkələrində iqtisadi- siyasi reformalar üçün daha yaxşı şərait yaratmaq məqsədilə həyata keçirilmişdir. Ölkəmizin də bu işdə təcrübəsi vardır. Yəni bu, bizim üçün yeni deyil. 2002-ci, 2009-cu illərdə keçirilən referendumlar Azərbaycanda siyasi və iqtisadi sahədə böyük dönüş yaratmışdır. Keçirilən referendumlarda nəzərdə tutulan düzəliş və əlavələr xalqımızın maraqlarına cavab verməklə, inkişafın təzahürü idi. Məhz elə buna görə xalq tərəfindən dəstəkləndi. Müasir dünya siyasi tələblərinin dəyişməsi, yeni siyasi reallıq, daxili inkişaf, daha güclü dövlət quruculuğu istiqamətində atılmalı olan addımlar yenidən ölkəmizdə referendumun həyata keçirilməsi zərurətini yaratmışdır.26 sentyabrda keçiriləcək referendum layihəsinin mətninə nəzər saldıqda, orada bir sıra vacib düzəliş və əlavələrin olduğunun şahidi olarıq. Hüquq və azadlıqlar, mülkiyyət, bərabərlik, tətil, müraciət, məhkəmə, bələdiyyə, seçki, vətəndaşlıq, birləşmək kimi hüquqlara edilən düzəliş və əlavələr Azərbaycanın müasir dövlət kimi dünya ilə daha sıx inteqrasiya olunması baxımından zəruridir.

Əlbəttə ki, ölkəmizdə keçirilən son referendumdan sonra iqtisadi-siyasi və idarəetmə sahələrində böyük işlər görülmüşdür.Cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələrə dair verilən fərmanlar, imzalanan sərəncamlar Azərbaycan xalqının daha yaxşı yaşaması, güzəranının yaxşılaşması üçündür. 26 sentyabrda həyata keçirilən referedumu da, həmin islahatların davamı kimi qiymətləndirmək lazımdır. Ona görə də, müasir şəraitdə həmin islahatlar üçün daha geniş şərait yaratmış olacaq Konstitusiya Aktının da təsbit olunması vacibdir. Referendumda nəzərdə tutulan düzəliş və əlavələr xalqın istəyinə cavab verir. Belə ki, Azərbaycan vətəndaşı olan hər kəsin yüksək hüquqları və vəzifələri bu referendum layihəsində ən yüksək pillədə təqdim olunur.Hər bir ölkə vətəndaşının daha yaxşı yaşaması üçün lazımi əlavələr edilib. Azərbaycan vətəndaşlarından, sadəcə, bir şey istənilir- o da, 26 sentyabrda referendumda iştirak etmək. Artıq sentyabr ayının 3-dən etibarən referendumla bağlı təbliğat prosesinə start verilmişdir. 20 gündən artıq vaxt verilmiş təbliğat prosesində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də bu prosesdə aktiv şəkildə iştirak edirlər.Partiyamızın region və paytaxt Bakıda yerləşən gənclər birlikləri təbliğat materiallarının əhali arasında təşviqində mühüm rol oynayırlar. Təbliğat plakatlarını şəhərin müxtəlif yerlərində qoyulmuş lövhələrə yapışdırırlar. Eyni zamanda, YAP Gənclər Birliyinin üzvləri sosial şəbəkələr vasitəsilə referendumda nəzərdə tutulan dəyişiklik və əlavələrin mahiyyəti barədə insanları maarifləndirirlər. Əlavə olaraq, təbliğat prosesi ərzində, YAP Gənclər Birliyi bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.

SEYMUR ORUCOV,

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri

Digər xəbərlər