PDF Oxu

Sosial

  • 262

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər xalqın maraqlarını təmin edir

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər xalqın maraqlarını təmin edir

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsi Talıstan kəndində seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin sədri Əzizə Vahabova açaraq, qeyd edib ki, ölkəmiz növbəti çox mühüm əhəmiyyət kəsb edən siyasi proses ərəfəsindədir: "Sentyabrın 26-da ölkəmizdə əsas qanun - konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcək. Ölkə Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən təklif olunan əlavə və dəyişikliklərdə, göründüyü kimi, növbəti konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur".

Ə.Vahabova ümumxalq səsverməsində İsmayıllı rayonunun sakinlərinin dəyişikliyə, yeniliyə "HƏ" deyəcəklərinə əminliyini bildirib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov, rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, seçicilər Aydın Əzizov, İradə Nağıyeva, Əkrəm Əhmədov, Ağalar Bədəlov və digərləri bildiriblər konstitusiyaya ki, təklif edilən dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi, yerli özünüidarənin məsuliyyətinin artırılmasından ibarətdir. Çıxış edən seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələrək, konstitusiyada nəzərdə tutulan əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini qeyd ediblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər