PDF Oxu

Sosial

  • 1 198

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

NƏRİMANOV

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Nərimanov rayonunda qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının və Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Nərimanov rayonu şöbəsinin sədri Təmraz Tağıyev konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, Nərimanov rayon qadınlarını da fəal olmağa çağırıb və əminliklə vurğulayıb ki, ölkə vətəndaşları, o cümlədən, qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər.

Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. H.Babaoğlu bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.

Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan H.Babaoğlu bildirib ki, dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Səlahiyyətli nümayəndə qeyd edib ki, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: "Həmçinin, insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Dəyişikliklərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutu yaradılacaq. Bu yeni qurum öz-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik və effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər - insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və sair məsələlər əks olunub".

YAP Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova da konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb. O bildirib ki, YAP Nərimanov rayon təşkilatında 9 min nəfərə qədər qadın təmsil olunur ki, onlar da rayonun ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən M.İbrahimova qadınların bu prosesdə fəal olacağına əminliyini ifadə edib.

YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədr müavini Məhbubə Məmmədova Nərimanov rayon qadınlarının bütün seçkilərdə fəal iştirak etdiyini deyib və qarşıdan gələn Ümmuxalq səsverməsində də, məhz belə olacağına inandığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən M.Məmmədova konstitusiya islahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını vurğulayıb.

Görüşdə gənclər adından çıxış edən Günay İmanova dövlət başçısı tərəfindən uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O, qeyd edib ki, konstisusiya islahatları ölkə gəncliyinin də maraqlarına cavab verir, gənclərin inkişafına yeni imkanlar açır.

XAÇMAZ

Dünən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qurupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək referendumda ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Xaçmaz rayon şöbəsinin sədri Nazim Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlardan söz açıb. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə məlumat verən N.Ağayev bildirdi ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcəklər: "İnanıram ki, gələcəyimiz olan gənclərimiz konstitusiyaya edilən dəyişikliklərə səs verməklə xoşbəxt müqəddaratlarını təmin etmiş olacaqlar".

N.Ağayev, həmçinin, çıxışında konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən söz açıb: "Biz hər birimiz gündəlik həyatımızda müsbətə doğru gedən dəyişikliyi, Azərbaycanın regiondakı gücünü, söz sahibi olmasını və s. çox yaxşı görürük. Ölkəmiz hər gün inkişaf edir, qudrətlənir. Bütün bunlar isə, özü ilə bərabərində zaman-zaman müəyyən dəyişikliklərin edilməsini qaçılmaz edir. Məhz konistitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər də bu istiqamətdədir. İnkişafın önünü açmaq üçün, imkanları daha da genişləndirmək üçün bu Referendum Aktı vacib məsələlərdən biridir".

Görüşdə ilk dəfə səs verən gənc Nurağa Qafarov çıxış edərək, bildirib ki, ilk dəfə olaraq, seçici hüququndan istifadə edərək, səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt gənclərdən hesab edirəm: "Bu gün Azərbaycan gənci xoşbəxtdir ona görə ki, ölkəmizə Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı, gənclərin hamisi Cənab İlham Əliyev rəhbərlik edir. Gənc olaraq, ölkəmizin beynəlxalq aləmdə söz sahirbi olması, Cənubi Qafqazdla lider dövlət kimi apardığı uğurlu siyasətdən qürur duyuram. İnanıram ki, Azərbaycanımızın gənclər ordusu bu uğurlara sevinir və 26 sentyabrda keçiriləcək ümumxalq səsvermədə həmrəylik nümayiş etdirərək, ölkəmizin tərəqqisinə, uğurlu inkişafımıza "HƏ" deyəcəklər.

Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatı gənclər birliyini sədrinin müavini Esmira Babayeva, ilk dəfə səs verən gənclərdən Elvin Məmmədov və Nurağa Qafarov elliliklə uğurlu islahatlara səs verəcəklərini bildiriblər.

ŞƏKİ

Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki rayonunun Turan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.

200 nəfər seçicinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov bildirib ki, konstitusiya dəyişiklikləri cəmiyyətdən gələn sosial sifariş olduğu üçün xalqımız bu dəyişikliklərə yekdilliklə səs verəcək.

Sonra təşviqat qrupu üzvülərindən AMİ-nin Şəki filialının müəllimləri Sədrəddin Babayev, Nuralı Çələbiyev çıxış edərək, bildiriblər ki, konstitusiyaya dəyişikliklər Azərbaycanda demokratik proseslərin daha da inkişaf etməsinə, insan haqlarının qorunmasına, ölkəmizdə idarəçilik sisteminin möhkəmlənməsinə yeni imkanlar açacaq. Çıxış edənlər bildiriblər ki, bu əlavə və dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəklər.

Sonda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı seçiciləri maraqlandıran suallar cavablandırılıb.

QƏBƏLƏ

Dünən Qəbələ rayon Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin akt zalında Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun görüşü keçirilib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycanın müstəqillik atributlarından olan konstitusiyada ediləcək əlavə və dəyişikliklərin zəruriliyini vurğulayıb.

Görüşdə Qəbələ rayon 141 saylı Texniki-Peşə Məktəbinin direktoru Azad Məmmədov, rayon Uşaq Poliklinikasının həkimi Günay Verdiyeva, Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Ceyhun Əhmədov, şəhər 3 saylı tam orta məktəbinin müəllimi Təranə Mürsəlova, Azərişıq ASC Şimal-Qərb Regional Şəbəkəsinin işçisi Elvin Bayramzadə, Aypara Cəmiyyəti Qəbələ rayon şöbəsinin sədri Sədaqət Bayramova, Qəbələ Regional Gənclərin Resus Mərkəzi və İctimai Birliyinin direktoru Qalib Nəbiyev çıxış ediblər. Çıxış edənlər rayon seçicilərinin hər zaman fəal olduğunu və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda da məntəqələrə gələrək, Azərbaycanın inkişafı naminə konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə "HƏ" deyəcəklərini əminliklə bildiriblər.

Görüşdə Milli Məclisin üzvü, Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir: "Məhz bu baxımdan, konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Azərbaycanın 1995-ci ildə qəbul etdiyi konstitusiyadan indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yoludur və bu gün konstitusiyaya əlavə və dəyişiklik etmək zərurətinin labüdlüyüdür. "Əminəm ki, qəbələlilər xalqımız bu dəfə də ölkə başçısının ətrafında sıx birləşib, bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək, seçki məntəqələrinə gəlib, konstitusiyada edilən dəyişikliklərə "HƏ" deyəcək".

UCAR

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu 26 sentyabr tarixində Azərbaycan Respublikasında keçiriləcək referendumla əlaqədar Ucar rayonunun Lək kəndində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva referenduma çıxarılan konstitusiyaya əlavələr və dəyişikliklərin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək, bildirib ki, konstitusiyaya edilən dəyişikliklər insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması, eyni zamanda, təhlükəsizlik sisteminin, silahlı qüvvələrin möhkəmlənməsi, işğal olunmuş ərazilərin azad olunması baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Bununla bərabər, əlavə və dəyişikliklər seçkilərdə yaş həddi ilə bağlı qadağaları aradan qaldıracaq, yeni, daha səmərəli və çevik idarəçilik sisteminin formalaşmasına yol açacaq".

Görüşdə seçicilərdən rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, Lək kənd sakini Sevda Abdullayeva çıxış edərək, qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.

GƏNCƏ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirib. 500 nəfərə yaxın seçicinin iştirak etdiyi tədbiri Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq, qeyd edib ki, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir: "Bu gün Azərbaycanın şəhər və regionların sürətli tərəqqisi, qazanılan uğurlu nailiyyətlər, beynəlxalq aləmdəki nüfuz və bu kimi yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Seçicilərimizi dövlət müstəqilliyinin iyirmi beş illiyi ərəfəsində keçirilən Ümumxalq səsverməsində Prezidentimizin ətrafında yumruq kimi sıx birləşməklə, 26 sentyabrda "Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək olmağa səsləyirəm".

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin deputatı Musa Quliyev konstitusiyayaya edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Vitse-prezidentlik institutunun yaradılması məsələsinə toxunan millət vəkili qeyd edib ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq: "Vitse-prezidentlik institutu idarəçiliyin operativliyini daha da artıracaq, dövlətçiliyi möhkəmləndirəcək, Prezidentin qəbul etdiyi sərəncamların, fərman və qərarların hökumət tərəfindən vaxtında icra olunmasına nəzarəti artıracaq".

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Pərvin Kərimzadə Azərbaycan qadınlarının cəmiyyətdə aparıcı qüvvə olduğuna diqqət çəkərək, onların dünyanın ən mötəbər məclislərində öz sözlərini cəsarətlə bildirdiklərini, Azərbaycanı şərəf və ləyaqətlə təmsil etdiklərini dilə gətirdiyini qeyd edib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycan qadınlarının lideri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz fəaliyyəti dünya qadınlarına örnəkdir. P.Kərimzadə bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə səsləyərək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıb.

AĞDAŞ

Dünən 26 sentyabr 2016-cı il tarixə təyin olunmuş Ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu rayonun Türyançay qəsəbəsində rayonda fəaliyyət göstərən ictimai təşkilatların üzvləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev ayın 26-da keçiriləcək referendum və onu zəruri edən səbəblər haqqında seçicilərə geniş məlumat verib.

Görüşdə millət vəkili Elman Nəsirova Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər haqqında geniş məlumat verərək, bildirib ki, zərurət yarandıqda, bütün dünya ölkələrinin Konstitusiyalarına dəyişiklik edilib və edilir: "Bu gün ölkəmiz beynəlxalq aləmə inteqrasiya edir, dövlətimiz inkişaf edir. Bütün bunlar konstitusiyada dəyişikliyə ehtiyac yaradır. Təklif olunan əlavə və dəyişikliklər, qabaqcıl ölkələrin təcrübəsi nəzərə almaqla, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək məqsədi daşıyır. Xalqımızı referendumda hamılıqla iştirakı etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıram".

Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdaş rayon filialının sədri İsmayıl Xuduyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, rayon təşkilatının qadınlar şurasının üzvü Dilbər İbrahimova, rayon Ağsaqqallar Şurasının üzvü Əyyub Şavəddinov və Həmkarlar təşkilatının üzvü Cavanşir İbrahimov çıxışlarında qeyd etdilər ki, onlar Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə ətraflı tanış olublar və ölkə Prezidenti İlham Əliyev tərəfindən olan bu təşəbbüsü yekdilliklə dəstəkləyirlər, 26 sentyabrda Ümumxalq səsverməsində yekdilliklə iştirak edərək təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər.

ŞƏMKİR

Dünən Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir şəhərində seçicilərlə görüşü keçirib.

Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Evinin inzibati binasının akt zalında keçirilən görüşü giriş sözü ilə açan Şəmkir Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Şahin Rzayev tədbir iştirakçılarına konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib və seçiciləri Ümumxalq səsvermədə daha fəal olmağa, işıqlı gələcəyə hesablanan dəyişikliklərə səs verməyə çağırıb.

Çıxış edən millət vəkili, Referendum üzrə "Vətəndaş Cəmiyyəti" Təşviqat Qrupunun vəkili Kamran Bayramov bildirib ki, zərurət yarandıqda bütün dünya ölkələrinin konstitusiyalarına dəyişiklik edir: "Bu gün ölkəmiz beynəlxalq aləmə inteqrasiya edilir, dövlətimiz inkişaf edir. Bütün bunlar konstitusiyada dəyişikliyə ehtiyac yaradır. Təklif olunan əlavə və dəyişikliklər qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək məqsədi daşıyır. Xalqımızı referendumda hamılıqla iştirak etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıram".

Daha sonra çıxış edən natiqlər də referdnumu dəstəklədiklərini və səsvermə günü seçkilərdə aktiv iştirak edəcəklərini bildiriblər.

ŞAMAXI

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şamaxı rayon şöbəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı təbliğat kampaniyası çərçivəsində rayonun Mədrəsə qəsəbəsi BVM abidəsinin qarşısında seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupu Şamaxı rayon şöbəsinin sədri Bəxtiyar Abbasov referenduma çıxarılan əlavə və dəyişikliklər barədə seçicilərə məlumat verib: "23 maddədə müəyyən dəyişikliyin edilməsi, 6 maddənin isə əlavə olunması təklif olunub. Nəzərdə tutulan bu əlavə və dəyişikliklər demokratiyanın daha da inkişaf etdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə və eləcə də gənclərin daha fəal olmasına hesablanan müsbət addım kimi dəyərləndirilməlidir".

B.Abbasov onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları kimi, Şamaxı rayon təşkilatı 26 sentyabr referendumu ilə bağlı təbliğat işlərində olduqca yüksək fəallıq nümayiş etdirirlər: "Həmrəy olaq, HƏ deyək!"şüarı altında birləşən "Yeni Azərbaycan" Təşviqat Qrupunun hər bir üzvü üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. İnanıram ki, Ümumxalq səsverməsində Azərbaycan vətəndaşları, o cümlədən, şamaxılılar dəyişikliyə, yeniliyə "HƏ" deyəcəklər".

Azərbaycan Prezidenti yanında Bilik Fondu aparat rəhbəri, hüquq elmlər doktoru, professor İsaxan Vəliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayisəli təqdimatını yığıncaq iştirakçılarına geniş izah edib. Bildirib ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi şübhəsizdir: "Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması, onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Bundan başqa, ölkədə birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis edilməsi də olduqca vacibdir.

Mən hər bir seçicini bu seçkilərdə fəal iştirak etməyə, yeniləşən və daim inkişaf edən Azərbaycan naminə öz sözümüzü, öz gücümüzü seçki günü göstərməliyik."

Görüşdə rayon Aqsaqqalal Şurasının sədri Mayıl Alcanov və rayon Diyarşunaslıq Muzeyinin direktoru Məleykə Kamilova dəyişiklərdən danışdılar.

Sonda Mədrəsə qəsəbə ictimaiyəti adından kənd sakini Ağamustafa Teymurov referendumu dəstəklədiklərini, 26 sentabrda keçiriləcək səsvermədə təklif olunan bu dəyişikliklərin hər bir maddəsinə "HƏ!" deyəcəklərini bildirib.

GÖYÇAY

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Göyçay rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şəkər kəndində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açaraq, konstitusiyaya nəzərdə tutalan əlavə və dəyişikliklə bağlı məlumat verib və ümumilikdə, bütün dəyişikliklərin xalqımızın həyatında önəmli yer tutacağını dilə gətirib. Sözügedən əlavə və dəyişikliklərdə nəzərdə tutulan yeni maddələr ölkəmizdə daha da effektiv, çevik idarəolunmanı şərtləndirəcəyini qeyd edib.

Tədbirdə rayon təşviqat qrupunun üzvlərindən Z.Əliyeva, P.Salahova, R.Hüseynov, C.Rəhimov, A.Nəbiyeva, həmçinin, millət vəkilləri Elman Nəsirov və Sabir Hacıyev iştirak ediblər.

Natiqlər öz çıxışlarında "Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və s. sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəli olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycanın bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsində olduğunu qeyd edərək, bildiriblər ki, fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirilərək, Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklərin olması zərurətini təsbit edir.

Çıxış edənlər bir daha bildirdilər ki, 26 sentyabrda keçiritləcək ümumxalq səsverməsində konstitusiyaya edilən dəyişikliklər və əlavələr cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini vurğuladılar.

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV,

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər