PDF Oxu

Sosial

  • 44

DMX AVQUST AYINA OLAN STATİSTİK MƏLUMATLARI AÇIQLAYIB

DMX AVQUST AYINA OLAN STATİSTİK MƏLUMATLARI AÇIQLAYIB

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2016-cı ilin avqust ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ay ərzində 3478 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 22-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən, yenisi ilə əvəz olunub, 255 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2373 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 828 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Respublikası və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb. Keçirilmiş tədbirlər zamanı saxlanılmış əcnəbilərdən İraq Respublikasının vətəndaşı Ahmed Mohammad Jarullah Mahmood 2015-ci il dekabrın 22-də ölkəmizə turist bələdçisi qismində çalışmaq məqsədilə gəlib və İraq vətəndaşlarının Azərbaycana gətirilməsi, yerləşdirilməsi, bələdçilik və yola salınması xidmətini qeyri-rəsmi olaraq göstərib. Ahmed Mohammad Jarullah Mahmoodun və saxlanılmış digər İraq vətəndaşı Mahmud Shakir Mahmud Ad-Dulaiminin viza müddətlərinin bitməsinə baxmayaraq şəxslər ölkə ərazisini tərk etməyib, qanunsuz miqrant olaraq ölkədə yaşamaqda davam ediblər.

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qeyd edilən əcnəbilər ifşa edilərək zərərsizləşdirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir. Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 5 maarifləndirmə tədbiri keçirilib, o cümlədən, 29 şəxsə səyyar xidmət göstərilib.

Rəfiqə

Digər xəbərlər