PDF Oxu

Sosial

  • 805

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

SƏBAİL

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Səbail rayon şöbəsi rayonun 20-ci sahə, 6 saylı peşə məktəbinin qarşısındakı idman meydançasında seçicilərlə görüş keçirib. Görüşü "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev açaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Referendumu Aktı ilə bağlı məlumat verib. O bildirib ki, konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai- siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti, və biliklərə əsaslanan iqtisadiyyat formalaşır. Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət formalaşır".

Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan Ş.Hacıyev bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq. Eyni zamanda, böyük fərəh hissi ilə qeyd edə bilərik ki, ölkəmiz genişmiqyaslı uğurlar, nailiyyətlər əldə edib. Ölkəmiz inkişaf etdikcə, qanunda müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranır".

Çıxışının sonunda Ş.Hacıyev hər kəsi referendumda fəal iştirak etməyə, həmrəylik nümayiş etdirməyə və ümumxalq səsverməsi günü dəyişikliklərə "HƏ" deməyə çağırıb.

"Həmrəy olaq, HƏ deyək" devizi ilə keçirilən görüşdə çıxış edən seçicilər referendumda ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd ediblər.

SABUNÇU

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Sabunçu rayon təşkilatının qərargahında qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupu Sabunçu rayonu şöbəsinin sədri Mehriban Abasquliyeva konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib: "Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin gələcəyini müəyyən edəcək. Konstitusiyaya təklif edilən dəyişikliklər zamanın tələbidir. Xalqımızın hüquq və azadlıqlarının qorunması çox vacibdir. Bu baxımdan, konstitusiyaya təklif edilən dəyişikliklərin əksəriyyəti, məhz insan haqlarının qorunmasına həsr edilib. Biz buna çox sevindirik. Bu addım Azərbaycanda insan haqları mövzusuna önəm verildiyinin əsas göstəricisidir". Ölkə vətəndaşları, o cümlədən, qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər".

Görüşdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sevinc Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu bildirib. S.Fətəliyeva qeyd edib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək: "Konstitusiyaya təklif edilən dəyişikliklər zamanın və bu günün tələbidir. Xalqın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan, konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir".

Konstitusiya İslahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən S.Fətəliyeva qadınların bu prosesdə fəal olacağına əminliyini ifadə edib.

ŞAMAXI

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Şamaxı rayonunda Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin akt zalında qadın seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlarımız sentyabrın 26-da Referendum Aktına səs verəcəklər.

Görüşdə YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin əhəmiyyətini vurğulayıb. Son illər ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışan Z.Quliyevanın sözlərinə görə, Azərbaycan son 13 ildə böyük inkişaf yolu keçib: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasət nəticəsində Azərbaycanın əldə etdiyi böyük iqtisadi nailiyyətlər, o cümlədən, sosial, humanitar, idman, beynəlxalq əlaqələrin genişlənməsi və digər bütün istiqamətlərdə qazanılan böyük nailiyyətlər Ana Qanunumuzda əlavə və dəyişikliklərin edilməsini şərtləndirir". Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən Z.Quliyeva qadınların bu prosesdə fəal olacağına əminliyini ifadə edib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində Azərbacyanımızın uğurlu inkişafına səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının sədri Gülnisə Ələkbərova referenduma çıxarılan dəyişiklikləri dəstəklədiklərini bildirib.

Digər çıxış edən rayon qadınları qeyd ediblər ki, Konstitusiya İslahatları ölkə gəncliyinin də maraqlarına cavab verir və gənclərin inkişafına yeni imkanlar açan bu dəyişikliklərə səs verəcəklərini bildiriblər.

Sonda YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov yekun sözlə çıxış edərək, seçiciləri 26 sentyabr 2016-cı ildə səs verməyə çağırıb.

MASALLI

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Masallı rayon Boradigah qəsəbəsi Bələdiyyə Sarayında seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Masallı rayon şöbəsinin rəhbəri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Referendum Aktı layihəsi haqqında məlumat verib.

S.Əliyev onu da vurğulayıb ki, "Yeni Azərbaycan" Təşviqat Qrupunun Masallı rayon şöbəsi bu prosesdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. O, əminliklə bildirib ki, seçicilər ölkəmizin inkişafına xidmət edən Konstitusiya İslahatlarını dəstəkləyir, Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi müsbət qarşılanır: "Yeni çağırışlar və reallıqlar Konstitusiya İslahatlarının həyata keçirilməsini zəruri edir və hesab edirəm ki, 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Mən əminliklə deyə bilərəm ki, ölkə vətəndaşları, o cümlədən, Masallı seçiciləri sentyabrın 26-da Referendum Aktı layihəsinə səs verəcəklər".

Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Konstitusiya İslahatlarının milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət etdiyini vurğulayıb: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

"Yeni Azərbaycan" Təşviqat Qrupunun Masallı rayon şöbəsinin nümayəndəsi Məmmədağa Şiriyev bu dəyişikliklərin Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcəyini söyləyib: "Ümumiyyətlə, konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan xalqının rifahına xidmət edir. Bunu nəzərə alaraq hər kəs, eləcə də Masallı seçiciləri ümumxalq səsverməsində də aktiv olmalıdır".

Görüşdə YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva və digər seçicilər çıxışlarında konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini, təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

ŞƏKİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki şəhər şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ərazisində yerləşən Biləcik kəndində seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki şəhər şöbəsinin və Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov Referendum Aktı layihəsi haqqında məlumat verib. Təşkilat sədri diqqətə çatdırıb ki, Konstitusiya İslahatları Azərbaycanın inkişafına xidmət edir, buna görə də xalq tərəfindən dəstəklənir: "Əminliklə söyləmək olar ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu islahatlar inkişafın davamlı olmasını təmin edəcək".

"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu görüşdə çıxış edərək konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb: "Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

"Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Bu isə islahatların, məhz dövlətçilik maraqlarına və xalqın mənafeyinə xidmət etdiyini göstərir", - deyə Milli Məclisin deputatı H.Babaoğlu vurğulayıb.

AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov isə çıxışında əlavə və dəyişikliklərin dövlətimizin gələcək inkişafı üçün önəmli olduğunu deyib: "Hər bir dövlət öz inkişaf tarixinin müəyyən bir mərhələsində mütləq yeniliklərlə müşayiət olunmalı, bu yenilikləri həyatına tətbiq etməlidir. Bununla yanaşı, hüquqi bazasını, dövlət-vətəndaş münasibətlərini təkmilləşdirməli, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməlidir.

Tədbirdə çıxış edən seçicilər Konstitusiya İslahatlarını dəstəklədiklərini vurğulayıblar.

AĞSU

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı qərargahında "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

"Həmrəy olaq, HƏ deyək!" devizi ilə keçirilən görüşü giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Ağsunun da günü-gündən çiçəklənməsindən və abadlaşmasından bəhs edib. Ə.Hüseynov bildirib ki, ölkə konstitusiyasında bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə ümumxalq səsverməsinin keçirilməsi dövrün tələbi və çağırışı kimi dəyərləndirilməlidir: "Bu məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq".

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin zəruriliyindən danışıb və bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi-referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu sadalanan istiqamətlər yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Ağsu rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev, Ağsu şəhər 1 saylı məktəb liseyin direktoru, YAP üzvü Sənan Nemətov, YAP Ağsu rayon təşkilatının gənclər birliyinin sədri Elnur Fərzəlizadə, Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov və başqaları çıxış edərək bildirdilər ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda fəal iştirak edəcək, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Referendum Aktı layihəsinə "HƏ" deyəcəklər.

XIZI

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Xızı rayon təşkilatı gənclər birliyinin sədri Namiq Cəfərov açaraq konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verdi. O bildirib ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, o cümlədən, gənclərin maraqlarına uyğundur. N.Cəfərov ilk dəfə səs verəcək gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırdı.

Görüşdə çıxış edən Milli Məclisin üzvü Tahir Süleymanov qeyd etdi ki, konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir: "26 sentyabrda keçiriləcək referendumda konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunub. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir". T.Süleymanov referenduma çıxarılan məsələlərin milli maraqlarımıza uyğun olduğunu vurğulayıb.

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər siz gənclərin gələcəyi üçün yeni imkanlar açır.Siz gənclər həmrəy olub, təklif olunan dəyişikliklərə HƏ deməlisiniz.

Görüşdə ilk dəfə səs verəcək gənclər adından Alverdiyeva Mətanət çıxış edərək, qarşıdan gələn ümumxalq səsverməsi-referendumda yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini söyləyib.

KÜRDƏMİR

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunda Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu ilk dəfə səs verənlərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun rayon şöbəsinin sədri Ağali Kərimli 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zərurətdən meydana gəldiyini vurğulayıb. A.Kərimli bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur: "Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi labüddür. Prezidentimiz İlham Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşmışdır. Əminəm ki, rayonumuzun ilk dəfə səs verəcək gəncləri də ölkəmizdə gedən inkişafı, tərəqqini, demokratik mühiti düzgün dəyərləndirəcək, referendumda aktivlik nümayiş etdirərək, təklif olunan layihənin lehinə səs verəcəklər".

Görüşdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək, diqqətə çatdırıb ki, konstitusiyaya təklif olunana əlavə və dəyişikliklər ümumi inkişaf proqramlarının daha çevik, daha effektli şəkildə həyata keçirilməsinə imkan verəcək. Konstitusiyaya əlavə və dəyişikliklərələ əlaqədar ümumxalq səsverməsinin keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatların məntiqi davamıdır. Həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir.

Çıxış edən YAP Kürdəmir rayon təşkilatının gənclər birliyinin sədri Daşqın Rüstəmov qeyd edib ki, bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək, gələcəyə yeni imkanlar açacaqdır.

Görüşdə fəal gənc Məhəmməd Heydərli, ilk dəfə səs verən gənc Asif Əzizov çıxış edərək, ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə, birmənalı olaraq, "HƏ" deyəcəklərini söyləyiblər.

TƏRTƏR

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu Tərtər rayonunda seçicilərlə görüş keçirib. Görüşdə Tərtər şəhər Bələdiyyəsinin sədri Qabil Bəylərov, "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Tərtər şəhər Bələdiyyəsinin sədri Qabil Bəylərov seçicilərə ölkə başçısı tərəfindən konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Referendum Aktında yer alan müddəlar ölkəmizin gələcək inkişafında misilsiz əhəmiyyətə malik olacaq.

"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

"Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi əlavə edib ki, qarşıdakı hədəflərə çatmaq üçün Konstitusiya İslahatları zəruridir: "Bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq. Bu, sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Bütövlükdə isə, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək. Müstəqillik tariximizdəki sayca üçüncü referendum demokratik inkişaf baxımından da müstəsna əhəmiyyət kəsb edəcək, milli gücün artmasında, hüquqi dövlət quruculuğu prosesinin intensiv xarakter almasında xüsusi rol oynayacaq".

Daha sonra çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Bəxtiyar Sadıqov qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: "Hər birimiz görürük ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf, tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır. Hazırda belə bir zərurət dövrünü yaşayırıq. 2002 və 2009-cu illərdə də konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilib".

Daha sonra tədbirdə iştirak edən seçicilər səsvermə günü aktiv olub, Azəraycanın inkişafı naminə səs verəcəklərini bildiriblər.

ZƏNGİLAN

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Zəngilan rayonunun qadınları ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov Referendum Aktı barəsində seçicilərə məlumat verib. O bildirib ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi şübhəsizdir.

Görüşdə millət vəkili İmamverdi İsmayılov çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə danışıb: "Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması, Konstitusiyada İslahatların aparılamasını zəruri edir. Bu baxımdan, son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial, iqtisadi, siyasi inkişafı sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərin aparılmasına zərurət yaradıb. Buna görə də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" referendum aktı qəbul edilib".

Tədbirdə YAP Zəngilan rayon təşkilatının qadınlar şurasının sədri Almaz Osmanova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyev demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparır, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir: "Bu baxımdan, konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu, həm zərurət, həm də zamanın tələbidir. Ona görə də əminliklə söyləyirəm ki, Ulu Öndər siyasi kursuna hər zaman sədaqətlik nümayiş etdirən qadın seçicilərimiz bütün seçkilərdə olduğu kimi, referendumda da aktivlik nümayiş etdirərək, təklif olunan layihənin lehinə səs verəcəklər".

Tədbirdə çıxış edən qadın seçicilər 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyəcəklərini bəyan ediblər. Onlar bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza "HƏ" deməyə çağırıblar.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər