PDF Oxu

Sosial

  • 43

Erkən nikahların qarşısını alaq

Erkən nikahların qarşısını alaq

"Erkən nikahların qarşısını alaq" - teatr tamaşalarının nümayişi fərdi layihəsi bu ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Arzu İbrahimovadır. Layihənin vəzifələri gənclər üçün teatr əsaslı təlimlərin təşkili olunması, təlimlər zamanı hazırlanmış sosial teatr tamaşalarının gənclər və yeniyetmələrdən ibarət kütlə qarşısında nümayiş etdirilməsi, gənclərin öyrəndiyi bilikləri öz icmalarında yaymaları, gənclərin öz icmalarında mövzu ilə bağlı tədbirlər həyata keçirilməsinin təmin olunmasından ibarətdir.Layihədən Bakı şəhəri Binəqədi, Xəzər, Sabunçu rayonlarında həssas təbəqədən olan yeniyetmə və gənclər yararlanacaq. Yaş qrupu 14-23 yaşı əhatə edən gənclərin ümumi sayı 200 nəfərdən artıq olacaqdır. Layihə çərçivəsində gənclərdən ibarət qrup təşkil ediləcək. Qrupun yaradılması üçün sosial şəbəkələrdə müsabiqə elan olunacaq. Hazırlanmış anketi doldurub layihənin icraçılarına göndərənlər arasında ən fəal və fikirlərini əsaslandıran 20 nəfərlik qrup formalaşacaq. Təlimlərdə iştirakçılarla teatr əsaslı təlimlər keçiriləcək. "Teatr əsaslı təlim nədir?", "Həmyaşıd təhsili nədir?", "Obrazların yaradılması, paylaşmaq, nümayiş etmək", "Tamaşada mesajın çatdırılması yolu" mövzuları öyrədiləcək, kiçik qruplarla səhnə planlaması, nümayiş, komandaların və mövzuların müəyyənləşməsi, final ssenarilərinin yaradılması və səhnələşdirməsi olacaq.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2017-ci ilin yavnarında yekunlaşacaq.

ZÜMRÜD

Digər xəbərlər