Dünən YAP Masallı rayon təşkilatı aparatında referendum seçkilərinin yekununa həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, tədbir iştirakçılarını salamlamış və qeyd etmişdir ki, 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik referendum keçirildi. Azərbaycan xalqı keçirilmiş referendumda seçki məntəqələrinə böyük ruh yüksəkliyi ilə gəlib səsvermədə iştirak etdi və referendumda qoyulan məsələlərə öz münasibətlərini bildirdilər.
Seyfəddin Əliyev bildirmişdir ki, 12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspert, Avropa Seçkilərin Müşahidəsi Akademiyası" beynəlxalq QHT-nin üzvü kimi, 26 sentyabr 2016-cı il Konstitusiya İslahatlarına dair referendumu müşahidə etmişdir. Avropa Seçkilərin Müşahidəsi Akademiyası müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparmış və referendumun ölkə boyu dinc keçdiyini, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olduğunu, səsvermənin gizli keçirildiyini və bununla bağlı problem müşahidə edilmədiyini bildirmişlər.
Seyfəddin Əliyev çıxışına davam edərək, qeyd etmişdir ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır".
Tədbirdə iştirak edən rayon təşkilatının şura üzvü Mirqabil Hüseynov, seçki qərargahının üzvü Şərafət Əzimov, gənc YAP üzvü Ülvi Rufullayev və başqaları çıxış edərək, bu dəyişikliklərin Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcəyini bildirdilər.
Sonda YAP fəallarına partiyanın Fəxri Fərmanı və qiymətli hədiyyələri verildi.
Rəfiqə