PDF Oxu

Sosial

  • 46

"Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu"

"Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu"

Bu mövzuda Lənkəranda regional konfrans keçirilib

Dünən Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu" mövzusunda regional konfrans keçirilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Lənkəran şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə cənub bölgəsinin din xadimləri, ziyalılar, tələbə-gənclər, hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.Konfransda çıxış edən Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf kursunun ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sürətlə inkişaf edən Azərbaycanın dünyanın ən tolerant, multikultural və sivil dövlətlərindən birinə çevrildiyini bildirib.Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda məscidlərə, ziyarətgahlara xüsusi önəm verilib, diqqət və qayğı göstərilib.Ümummilli Liderin Aşura günləri məscidlərə gəldiyini, dindarlarla, inanclı insanlarla görüşdüyünü, onların qarşısında çıxış etdiyini, fikir mübadiləsi apardığını vurğulayan A.Paşazadə hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizə xüsusi önəm verildiyini bildirib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında regional konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrimizin qorunması sahəsində görülən işlərdən, dövlət-din münasibətlərindən danışıb.Sovetlər dönəmində respublikamızda 17 məscidin mövcudluğunu qeyd edən komitə sədri hazırda Azərbaycanda 2 min 50 məscidin fəaliyyət göstərdiyini bildirib.Din adı və pərdəsi altında ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çalışan radikal qüvvələrin qarşısının alınmasında birgə mübarizənin vacibliyini söyləyən Mübariz Qurbanlı dini ayinlərin yalnız məscidlərin həyətlərində və daxilində icra edilməsinin məqsədəmüvafiq olduğunu vurğulayıb.Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev çıxışında bildirib ki, dinimizdə fanatizm yoxdur və o, qəbul edilmir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə, inamla davam etdirdiyi siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik yaranıb, milli-mənəvi dəyərlərə böyük önəm verilir. Bütün bunlar isə Azərbaycanı dünyada tolerant və multikultural dövlət kimi tanıdıb.Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə milli-mənəvi dəyərlərin mahiyyətindən söz açıb, talassemiyalı, hemofiliyalı xəstələr üçün keçiriləcək qanvermə aksiyasının mütəşəkkil icra olunacağına əminliyini ifadə edib.Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov və Nəriman Əliyev ölkəmizdə dövlət-din münasibətlərindən, milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolundan danışıblar.Sonra məscidlərin axundları, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.

NƏZAKƏT

Digər xəbərlər