PDF Oxu

Sosial

  • 67

Bilik Fondu AMEA ilə birgə müəllimləri təbrik etdi

Bilik Fondu AMEA ilə birgə müəllimləri təbrik etdi

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi-Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Təhsil Problemləri İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bu əlamətdar gün münasibətilə Bilik Fondu adından müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O.Səmədov Bilik Fondunun müəllimlərlə sıx əlaqədə çalışdığını xatırladaraq, fondun 75 rayonda nümayəndəsinin, məhz məktəb direktorları olduğunu bildirib. Müəllim peşəsinin müqqədəs olduğunu deyən icraçı direktor bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində rolundan danışıb.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Bu peşənin çətin və şərəfli olduğunu qeyd edən akademik müəllimin dünyagörüşünü intəhasızlığına və tələbə-müəllim münasibətinin incəliklərinə toxunub. Ulu Öndər Heydər Əliyevin "müəllimdən müqəddəs peşə yoxdur" sözlərini xatırladan akademik bildirib ki, təhsil mütləq elmlə vəhdətdə olmalıdır. İ.Həbibbəyli təhsillə bağlı qanunvericilikdə olduqca səmərəli dəyişikliklər və əlavələr olduğunu deyərək, AMEA-nın bu istiqamətdə gördüyü işlərdən danışınb. AMEA-nın vitse- prezidenti, onu da qeyd edib ki, 25 yaşı olan müstəqil Azərbaycanda 3 minə yaxın məktəbin tikilməsi və əsaslı təmir edilərək, istifadəyə verilməsi dövlətin təhsilə qayğısının bariz nümunəsidir.

Tədbirdə V Bakı Beynəlxalq Hümanitar Forumda iştirak edən Latviya Elmi-Tarixi Araşdırma İnstitutunun direktoru, professor Algimantas Lekıs forumdan aldığı təəssüratı bölüşüb. AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov keyfiyyətli təhsilin əhəmiyyətini önə çəkərək, savadlı gənclərin ölkənin gələcəyi olduğunu söyləyib. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu müəllim adının yüksək tutulduğu cəmiyyətdə daim inkişaf və tərəqqinin olduğunu diqqətə çatdırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tural Mirzəliyev deyib ki, tələbə müəllimin yalnız dərsindən yox, həm də davranışlarından öyrənməlidir.

AMEA Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə müəllimləri filosof adlandırıb və dünyanın formalaşmasında əxlaq daşıyıcısı olan pedaqoqların danılmaz rolunu qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ilk müəllimin hər bir insanın yaddaşında daimi yaşadığını bildirib. Aparat rəhbəri müəllimlərə daim şagird və tələbələrinin yaddaşında qalmalarını arzulayıb.

Tədbirdə çıxış edən müəllim və tələbələr Beynəlxalq Müəllim Günü münasibəti ilə Azərbaycan müəllimi adını daşıyan hər kəsi təbrik edib, bu şərəfli peşədə onlara uğurlar arzulayıblar. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi bir qrup fəal müəllimə Bilik Fondunun təşəkkürnamələri və hədiyyələri təqdim olunub.

NƏZAKƏT

Digər xəbərlər