PDF Oxu

Sosial

  • 1 411

Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı" məscidində görüş keçirilib

Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı" məscidində görüş keçirilib

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində "Rəhimə xanım ziyarətgahı" məscidində dini icma üzvləri və qəsəbə dindarları ilə görüş keçirilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək, Azərbaycandakı nümunəvi tolerant və multikultural mühit, eyni zamanda, mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, dövlət tərəfindən islam və qeyri-islam dini icmalara daim diqqət və qayğı göstərilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməkdədir. Ölkəmizdə təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi bunun əyani sübutudur. Məhərrəm ayının başlanmasından danışan sədr müavini bununla əlaqədar bütün məscidlərdə, o cümlədən, "Rəhimə xanım ziyarətgahı"nda da əzadarlıq tədbirlərinin və anım mərasimlərinin QMİ-nin Qazılar Şurasının bununla bağlı verdiyi fətvaya uyğun, o cümlədən, qanunvericilik çərçivəsində həyata keçiriləcəyinə əmin olduğunu bildirib."Rəhimə xanım ziyarətgahı" məscidi dini icmasının sədri Musa Qasımov, qəsəbə ağsaqqalları Hacıağa Nuriyev və Seyfulla Əlizadə çıxışlarında dindarların dövlətin qayğısı və diqqəti ilə əhatələndiyini qeyd edərək, Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və aidiyyəti qurumlara öz minnətdarlıqlarını bildiriblər. Ötən il Nardaran qəsəbəsində baş vermiş xoşagəlməz hadisələrə toxunan çıxışçılar qəsəbə əhalisinin bu proseslərdə iştirakının olmadığını, radikal dini dairələrin kənardan idarə olunduğunu vurğulayıblar. Məhərrəm ayı ilə əlaqədar olaraq, bütün ölkə üzrə olduğu kimi, Nardaran qəsəbəsində də əzadarlıq tədbirlərinin qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcəyini qeyd ediblər.Qəsəbənin dini icmasının üzvləri dinə aidiyyəti olmayan bəzi qrupların Nardaran camaatı adından çıxış etmələrini yolverilməz hesab ediblər.

NƏZAKƏT

Digər xəbərlər