PDF Oxu

Sosial

  • 4 434

Azərbaycan musiqisində multikultural dəyərlər

Azərbaycan musiqisində multikultural dəyərlər

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan musiqisində multikultural dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayaraq, musiqimizdə lap qədimdən multikultural meyillərin kök saldığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunin icraçı direktoru Oktay Səmədov Bilik Fondunun son vaxtlar təşkil etdiyi elmi konfranslardan söz açıb. İcraçı direktor bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas məqsədlərindən biri Ümummilli Liderimiz Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin təbliğindən, əhalini ən müxtəlif sahələrdə, o cümlədən də, mədəniyyət sahəsində maarifləndirməkdən ibarətdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov ölkədə çoxmədəniyyətliliyin tarixi köklərindən və Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə göstərilən bərabər münasibətdən danışıb.

Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Tariyel Məmmədov "Musiqinin tədrisində multikultural meyillər", Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru, Mina Hacıyeva "Azərbaycan musiqisi və multikulturalizm", Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünasıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova "Musiqi elmində multikultural dəyərlər", Milli Konservatoriyanın professoru, sənətşünaslıq doktoru Abasqulu Nəcəfzadə "Azərbaycan çalğı alətləri multikultural kontekstdə" mövzusunda məruzə ilə çıxış ediblər.

Müzakirələrdən sonra konfrans bədii hissə ilə davam edib.

ZÜMRÜD

Digər xəbərlər