PDF Oxu

Sosial

  • 128

Daşkəsəndə YAP ərazi ilk təşkilatının tədbiri keçirilib

Daşkəsəndə YAP ərazi ilk təşkilatının tədbiri keçirilib

YAP Daşkəsən rayon təşkilatının İ.Nəsimi adına ərazi ilk partiya təşkilatında tədbir keçirlib. YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırovun və YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alıyevin iştirakilə keçirilən tədbirdə həmin ərazidə yaşayan seçicilərin referendumda fəal iştirakı, "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvlərinin işlərinin yüksək səviyyədə təşkil olunması barədə məlumat verilib. Qeyd olunub ki, 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı və partiyamızın bayraqları ilə bəzədilmiş meydanda seçicilər böyük coşqu və yüksək əhval –ruhiyyə ilə iştirak ediblər. Heydər Əliyev Mərkəzinin qarşısından yüzlərlə gənc – "Yaşasın Müstəqil Azərbaycan!" , "Həmrəy olaq. HƏ deyək!" şüarlarının sədaları altında konsert-mitinq təşkil olunmuş meydana yürüş ediblər. Konsert-mitinqdə Milli Məclisin deputatı Rövşən Rzayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və "Yeni Azərbaycan" Təşviqat Qrupunun digər üzvləri iştirak və çıxış ediblər.

Daşkəsən rayonunda keçirilən konsert-mitinq respublika incəsənət ustalarının, yerli musiqiçilərin ifasında vətənə, torpağa və Ulu Öndərimizə aid müsiqilərlə davam etdirilib. Daşkəsənlilər 26 sentyabr 2016-cı il tarixində bütün seçicilər yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirdilər.

Yığıncağın sonunda bir qrup YAP üzvünə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Samir

Digər xəbərlər