PDF Oxu

Sosial

  • 54

Hələ də xəyal edrlər ki, nə zamansa tamaşalarında "anşlaq" olacaq

Hələ də xəyal edrlər ki, nə zamansa tamaşalarında "anşlaq" olacaq

TƏRS BAXIŞ

Ölkəmizin inkişafını gözü götürməyən xarici maraqlı dairələrin zaman-zaman daha da fəallaşması heç də təsadüfi deyil. Belə ki, Azərbaycan demokratik, obyektiv, şəffaf, azad və ədalətli seçkilər keçirməyə qadir olduğunu dəfələrlə sübut edib və bu faktoru sentyabrın 26-da keçirilən referendum səsverməsi nəticəsində bir daha təsdiq etdi.

Lakin bir sıra dövlətlərdən ölkəmizə müşahidəyə gəlmiş nüfuzlu beynəlxalq təşkilatların, QHT və müvafiq qurumların referendumla, ümumiyyətlə isə, Azərbaycanda mövcud olan demokratik mühit barədə verdikləri açıqlamalar, bəyanatlar digər cinahı - qərəzli mövqeləri ilə seçilən Qərb təşkilatlarının, erməni lobbisinin maraqlarına cavab vermir. Xüsusilə, adlarını insan hüquq və azadlıqlarının, həmçinin, demokratiyanın inkişafının yardımçısı qoyan "Amnisty İnternational", "Human Rights Watch", "Avropada Sabitlik Təşəbbüsü" və s. bənzər təşkilatların ölkədə ictimai - siyasi sabitliyi pozmaq cəhdləri daim ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

Xalq ilə hakimiyyət arasında süni narazılıq yaratmaq cəhdləri həmişəki kimi yenə də iflasa uğrayır

Sirr deyil ki, ölkəmiz haqqında yalan məlumatlar yayanlar, həmçinin, hakimiyyət əleyhinə şər və böhtanlar yağdıran, donosbazlıq edənlərdir. Xarici səfirliklərin qapıları ağzından çəkilməyən bu siyasi buqələmunların referendumdan öncə və sonra sərgilədikləri oyunbazlıqlar da eyni motivi əks etdirməkdədir. Sosial bazası olmayan dağıdıcı müxalifət partiyaların başçılarının və funksionerlərinin regionlarda özlərinə tərəfdaş axtarmaları və xalq ilə hakimiyyət arasında süni narazılıq yaratmaq cəhdləri həmişəki kimi yenə də iflasa uğrayır.

Dəfələrlə sübuta yetirilib ki, dağıdıcı müxalifətin xalq arasından özlərinə dəstək əldə etmək istəklərinə səs verən olmayıb. Çünki insanlar yalnız Azərbaycanın maraqları ilə üst - üstə düşən təkliflərə "hə" deyir və Prezident İlham Əliyevin ərtafında sıx birləşdiklərini nümayiş etdirirlər. Belə ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasi xətt dünya miqyasında da qəbul edilir, öyrənilir və dəstəklənir.

Onlarınkı bundan ötəyə getmir...

Belə olan bir məqamda, gah bu, gah da digər şəkildə siyasi artistizm nümayiş etdirən dağıdıcı düşərgənin oynadığı teatr tamaşası nəninki ictimai maraq kəsb edir, əksinə, normal düşüncəli insanlar bu cür siyasi aktyorlar truppasının cəmiyyətə zərər verdiyini düşünür. Daha dəqiq desək, bu gün belələrinin oynadıqları rollar, bilavasitə dövətçilik maraqlarımıza cavab vermir. Belə olan halda, onlar hələ də xəyal edrlər ki, nə zamansa tamaşalarında "anşlaq" olacaq. Xəyal etmək zərərli deyil, qoy nə qədər istəyirlərsə xəyallara dalsınlar. Çünki onlarınkı bundan ötəyə getmir...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər