PDF Oxu

Sosial

  • 249

"Gəncliyin seçimi – müstəqillik"

"Gəncliyin seçimi – müstəqillik"

Bu mövzuda İstiqlal Muzeyində Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş sərgi keçiriləcək

Oktyabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Gəncliyin seçimi – müstəqillik" adlı sərgi keçirəcəkdir.

Muzeyin mətbuat xidmətinin rəhbəri Nigar Qazızadənin "Səs" qəzetinə verdiyi məlumata görə, İstiqlal Muzeyində keçiriləcək sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunacaq.

Tədbirdə muzeyin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayevin və başqalarının çıxışları, eləcə də Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nəzərdə tutulub.

ZÜMRÜD

Digər xəbərlər