PDF Oxu

Sosial

  • 62

Alunitdağ ərazi ilk partiya təşkilatında YAP fəalları ilə görüş keçirilib

Alunitdağ ərazi ilk partiya təşkilatında YAP fəalları ilə görüş keçirilib

Dünən YAP Daşkəsən rayon təşkilatı Alunitdağ ərazi ilk partiya təşkilatında yığıncaq keçirilmişdir. YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırovun və YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədri Elşən Alıyevin iştirakı ilə keçirilən yığıncaqda dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində həyata keçirilən işlər haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, 7 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri qeyd etmişdir ki, yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur: "Bunun üçün bizim Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz, sadəcə olaraq, xammal kimi xaricə satılır. Yaxın aylarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı. İnsanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq. Ölkə Prezidentinin qaldırdığı bu məsələ bütün daşkəsənliləri ürəkdən sevindirmiş, onlarda yeni iş yerlərinin açılmasına böyük ümidlər yaratmışdır".

Yığıncaqda həmin ərazidə yaşayan seçicilərin referendumda fəal iştirakı, "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvlərinin işlərinin yüksək səviyyədə təşkil olunması da qeyd olunmuşdur. Yığıncağın sonunda bir qrup gənc və qadın YAP üzvlərinə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.

Samir

Digər xəbərlər