PDF Oxu

Sosial

  • 651

Azərbaycan Yaponiyada keçirilən beynəlxalq festivalda təmsil olunub

Azərbaycan Yaponiyada keçirilən beynəlxalq festivalda təmsil olunub

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanı "Yaponiya-Azərbaycan Dostluq Mərkəzi"nin üzvləri təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata istinadən, müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori çıxış edib.

"Yaponiya-Azərbaycan Dostluq Mərkəzi"nin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, "İRS-İsan" jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də, digər xalqların nümayəndələri tərəfindən maraqla qarşılanıb. Mərkəzin sədri, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər həmin nəşrlərin nümunələrini Haçiyocidə yerləşən "Endo" kitabxanasının müdiri xanım Yoşiko Endoya təqdim edib.

Festival çərçivəsində keçirilən təqdimat mərasimində Tokio Xarici Dillər Universitetinin tələbəsi, diaspor təşkilatının üzvü Ayan Sultanlı bu il Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edildiyini vurğulayan A.Sultanlı Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğunu bildirib.

Festival çərçivəsində təşkil edilən fotomüsabiqədə X.Kələntərlinin azərbaycanlı Mirayın əks olunduğu "Yaman təəccübləndim" fotosu xüsusi mükafata layiq görülüb.

ZÜMRÜD

Digər xəbərlər