PDF Oxu

Sosial

  • 328

Səfəvişünas alim Oqtay Əfəndiyevin 90 illiyi qeyd olunub

Səfəvişünas alim Oqtay Əfəndiyevin 90 illiyi qeyd olunub

Dünən AMEA-nın əsas binasında A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə görkəmli səfəvişünas-alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.Tədbiri giriş sözü ilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq, uzun illər bu elm müəssisəsində Azərbaycanın orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş Oqtay Əfəndiyevin dünyanın bir çox ölkələrində tarix elmimizi layiqincə təmsil etdiyini söyləyib. Bildirib ki, O.Əfəndiyev pantürkizm vahiməsindən qorxmayaraq, ilk dəfə Azərbaycanda Səfəvi tarixinə ayrıca bir monoqrafiya həsr edib. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması ilk dəfə onun tərəfindən tutarlı faktlarla sübut olunub.Tədbirdə AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxış edərək bildirib ki, beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox həqiqətləri O.Əfəndiyevin dilindən eşidib, onun bu istiqamətdəki yazılarından oxuyub. Alimin uzun illər Azərbaycan dövlətçiliyi ənənələrini tədqiq etdiyini vurğulayan N.Axundova O.Əfəndiyevin beynəlxalq elmi toplantılarda Azərbaycan tarix elmini layiqincə təmsil etdiyini vurğulayıb.Tədbirdə Tarix İnstitutunun mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fərzəliyevin "Görkəmli şərqşünas-alim Oqtay Əfəndiyev", institutun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəflinin "Azərbaycan Səfəvi dövlətinin əzmkar tədqiqatçısı Oqtay Əfəndiyev" və institutun aparıcı elmi işçisi, Xeyirbəy Qasımovun "Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi" mövzusunda məruzələri dinlənilib.

ZÜMRÜD

Digər xəbərlər