18 Oktyabr Müstəqillik Günü münasibətilə Nizami rayonunda silsilə tədbirlər keçirilib. Müstəqilliyimizin 25-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının fəalları bir araya gəliblər.
YAP Nizami rayon təşkilatının "EKOL", "Keşlə", "Sərdaroğlulları", "Kral" və başqa ərazi ilk partiya təşkilatlarında toplantılar təşkil olunub, müstəqilliyimizin xalqımız üçün bir sərvət olduğu bildirilib.
Keçirilən tədbirlərdə YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, "EKOL" ərazi ilk partiya təşkilatının sədri Ramil Əliyev, "Keşlə" ərazi ilk partiya təşkilatının sədri Əkbər Misginov, YAP Nizami rayon təşkilatının şura üzvü Ələmdar Bafadarov, "Sərdaroğlulları" ərazi ilk partiya təşkilatının sədri Ramil Əhmədov, "Kral" ərazi ilk partiya təşkilatının sədri Yavuz Həsənov və başqaları çıxış edib. Çıxış edənlər 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub-saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, Ulu Öndər Heydər Əliyevin dərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində, Azərbaycan regionun lider dövlətinə çevrilib, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib, dövlətimiz beynəlxalq birlikdəki yerini möhkəmləndirib və dünya miqyasında söz sahibi olub. 25 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirilib. Müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.
Tədbirlərin sonunda partiya fəallarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
ZÜMRÜD