PDF Oxu

Sosial

  • 326

Müstəqilliyi əbədiləşdirən Lider!

Müstəqilliyi əbədiləşdirən Lider!

YAP Goranboy rayon təşkilatında ölkəmizin müstəqillik əldə etməsinin 25-ci ildönümü böyük coşqu hissi ilə qeyd olundu

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı müstəqilliyin 25-ci ildönümü ilə bağlı "Müstəqilliyi əbədiləşdirən Lider" mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil və tər güllər qoyaraq Onun əziz xatirəsini yad ediblər.

Tədbiri YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Azərbaycanın 25 illik keçdiyi şərəfli yoldan danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev elə nadir şəxsiyyət idi ki, yox yerdən bir dövlət qurmuş, Azərbaycanın adını dünya tarixinə böyük hərflərlə əbədi olaraq yazmışdır: "Müstəqilliyimizin taleyi təhlükə altına düşəndə xalq Ulu Öndər Heydər Əliyevə ümüd yeri kimi baxdı, ona inandı,xilasını onda gördü. Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan Ulu Öndər Heydər Əliyev bacarıqlı dövlət xadimi,müdrik sərkərdə kimi Azərbaycan dövlətinin və xalqının nicatını təmin etdi, ölkəmizi düşdüyü çətin vəziyyətdən xilas etdi. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhvolma təhlükəsindən qurtuldu".

YAP Goranboy rayon təşkilatının sədri, həmçinin qeyd edib ki, Heydər Əliyevin qurub -yaratdığı müstəqil Azərbaycanda yaşayıb yaratmaq hamının qəlbini qürurla doldurur. Çünki bu dövlətə Dahi Şəxsiyyət Heydər Əliyev ideyalarının, siyasi kursunun ən layiqli davamçısı, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev başçılıq edir: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Heydər Əliyevin zəkasının təcəssümü, Onun irsən qoyub getdiyi milli ideyalarının təzahürüdür dayandığını qeyd etdi".

Tədbirdə YAP Goranboy rayon təşkilatının qadınlar şurasının sədri Zülfiyyə Qarayeva, rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov, Asif Heydarov, Gündüz Hacıyev çıxış edərək, Prezident İlham Əliyevin 2003-cü ildən bu günə kimi Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiq qalaraq müstəqil Azərbaycan respublikasının sürətlə inkişafından və əmin-amanlıq içərisində yaşadıqlarını vurğuladılar.

Tədbirin sonunda bir qrup gəncə YAP vəsiqəsi təqdim edildi.

Tədbir rayon mədəniyyət evində ölkə müstəqilliyinin 25-ci illdönümünə həsr olunmuş təntənəli konsert proqramı ilə başa çatdı.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər