PDF Oxu

Sosial

  • 40

"Qalaaltı" kurort mərkəzində Avropa Tarixi-Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı keçiriləcək

"Qalaaltı" kurort mərkəzində Avropa Tarixi-Termal Şəhərlər Assosiasiyanın Baş Konfransı keçiriləcək

19-20 oktyabr tarixində İtaliyanın Salsomaggiore şəhərində Avropa Tarixi-Termal Şəhərlər Assosiasiyanın Baş Assambleyasında "Termal Şəhərlər" Beynəlxalq Mədəni Marşrutunun növbəti konfransı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi, Azərbaycan tərəfindən adıçəkilən təşkilatda koordinator olan Günel Aslanova iştirak edib.

Çıxışında Azərbaycanın bu təşkilatdakı fəaliyyətini xüsusi vurğulayan EHTTA-nın prezidenti Guiseppa Bellandi, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də daha uğurlu olacağına ümid etdiyini bildirib.

Konfransın ikinci hissəsində gizli səsvermə nəticəsində Azərbaycan digər ölkələri qabaqlayaraq, qalib olub və bu ali tədbirin 2018-ci ilin may ayında, məhz "Qalaaltı" Kurort Mərkəzində keçirilməsi qərara alınıb.

Konfransda Avropa Tarixi-Termal Şəhərlər Assosiasiyasının yeni rəsmi kataloqunun təqdimatı keçirilib ki, bu nəşrin xəritəsinə artıq ölkəmiz də əlavə olunub. Azərbaycanın termal bölgəsi olan "Qalaaltı" Kurort Mərkəzi haqqında geniş məlumatlar və fotoşəkillər öz əksini tapıb. EHTTA tərəfindən bu kataloqun noyabr ayında Londonda keçiriləcək "WTM 2016" Beynəlxalq Turizm Sərgisində paylanılması nəzərdə tutulub.

Qeyd edək ki, Qalaaltı Kurort Mərkəzinin üzv olduğu bu marşrutun Türkiyənin Bursa və Çexiyanın Karlovı Varı şəhərində təqdimatları keçirilib.

Məlumat üçün bildirək ki, bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.

ZÜMRÜD

Digər xəbərlər