PDF Oxu

Sosial

  • 617

Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində

Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində

Dünən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinin bərpasına həsr olunan "Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində" mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova xalqımızın şanlı mübarizəsi ilə XX əsrdə ikinci dəfə əldə edilən müstəqilliyimizin Azərbaycan elminin inkişafı üçün yeni üfüqlər açdığını bildirib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova isə çıxışında Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan arxeologiya və etnoqrafiya sahələrinin əldə etdiyi nailiyyətlərdən, bu elm sahələrinin sovet dövründəki inkişaf səviyyəsini üstələyərək müasir qabaqcıl dünya elm mərkəzləri ilə eyni səviyyədə durmasından söz açıb.

Elmi sessiyada Güllü Yoloğlunun "Müstəqillik illərində mənəvi mədəniyyətimizin dirçəlişi: "Heydər Əliyev və Kitabi - Dədə Qorqud" mövzusunda elmi məruzəsi dinlənilib. Elmi məruzə qısametrajlı sənədli filmin nümayişi ilə davam edib.

Sessiyada iştirak edən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov "Azərbaycan etnoqrafiya elminin inkişafı", Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri H.F.Cəfərov "Qarabağın qədim tarixinin son tarixi arxeoloji tədqiqatları", Ə.Q.Cəfərov "Paleolit problemləri üzrə aparılmış son tədqiqatlar və onların nəticələri", N.Ə.Müseyibli "Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin arxeoloji tədqiqi", S.H.Aşurov "Azərbaycanı ilk tunc dövrü abidələrinin arxeoloji tədqiqi" və s. elmi məruzələrlə çıxış ediblər.

ZÜMRÜD

Digər xəbərlər