PDF Oxu

Sosial

  • 31

"Müstəqil dövlətimizin qorunması mühüm şərtdir"

"Müstəqil dövlətimizin qorunması mühüm şərtdir"

Dünən "Müharibədən zərər çəkən nəqliyyat işçiləri" İctimai Birliyi 83 saylı məktəb-liseydə "Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və orta ümumtəhsil ocaqlarında elmi-praktiki konfransların təşkili" layihəsi çərçivəsində müstəqil dövlətimizin qorunması mühüm şərtdir" mövzusunda seminar keçirmişdir. Tədbirdə 83 saylı məktəbin yeniyetmə və gəncləri, müəllimləri, məktəbin direktoru Nəbi Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aybəniz müəllimə iştirak ediblər. Konfransı Kamil Məhərrəmoğlu açaraq sözü Ulu Öndər Heydər Əliyev irsinin tədqiqatçısı "Ümid Çırağı" jurnalının baş redaktoru Hacı Xədicə xanıma verib. Məruzəçi "Heydər Əliyev yeniyetmə və gənclər üçün milli düşüncə məktəbidir" mövzusunda çıxış edib.

İslamşünas Tahir Abbaslı "Vətənpərvərlik və Qarabağ" mövzusunda məruzə edib. AMEA-nın üzvü Cahid Kazımov "Müharibədən zərər çəkən nəqliyyat işçiləri" İctimai Birliyinin yeni saytını konfrans iştirakçılarına təqdim edib. Bu da yeniyetmə və gənclərin marağına səbəb olub. Daha sonra tədbirdə iştirak edən jurnalistlərdən "Xalq" qəzetinin əməkdaşı Məsaim Abdullayevə və İctimai televiziyanın əməkdaşı Kamil Məmmədova söz verilib.

KİV nümayəndələri və Binəqədi rayonu icra hakimiyyətinin əməkdaşı Rauf Həsənov da layihənin uğurlu alınmasına və "Müstəqil dövlətin qorunması mühüm şərtdir" seminarının keçirilməsini və gənclərə milli vətənpərvərlik hissinin daha da artırılmasını qeyd ediblər. Bundan sonra da belə tədbirlərin təhsil ocaqlarında keçirilməsi məqsədə uyğun hesab edilib. Məruzələr üzrə yeniyetmə və gənclərin sualları və çıxışları olub. Sonunda (www.umidciragi.az) saytının açılış təqdimatı ilə layihəyə həsr oluna broşurlar müəllim və şagirdlərə paylanılıb.

Digər xəbərlər