PDF Oxu

Sosial

  • 32

Yunanıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Yunanıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Görüşdə 2017-ci ilin mart ayında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılb

Yunanıstan prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib. Qəbulda mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrio və mərkəzin baş katibi Rövşən Muradov iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata görə, qəbulda bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılb. Prezident Prokopis Pavlopulosa mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Görüşdə qeyd olunub ki, təşkilat Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında, həmçinin, beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında böyük rol oynayır. Bundan başqa, təşkilatın dünyanın tanınmış siyasətçiləri və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapması baxımından da böyük imkanlar yaratdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin, 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda mərkəzin ali səviyyəli toplantısının keçirilməsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ildə də M.Vardinoyannisin himayəsi ilə bu ölkədə mərkəzin ali səviyyəli toplantı keçirilib.

Yunanıstan prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdir edərək əməkdaşlığın vacibliyini vurğulayıb. Görüşdə Prokopis Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub.

NƏZAKƏT

Digər xəbərlər