Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı Sabirkənd kənd ərazi ilk partiya təşkilatında görüş keçirib. Görüş rayonun Sabirkənd kənd tam orta məktəbinin akt zalında keçirilən tədbiri giriş sözü ilə Şəmkir rayon təşkilatının Sabirkənd kənd ərazi ilk partiya təşkilatının sədri İdris Əbdürrəhmanov açaraq, partiya üzvlərinin rayonun ictimai-siyasi və mədəni həyatındakı rolundan, həmçinin, Sabirkənd kənd ərazi ilk partiya təşkilatının fəaliyyətindən danışaraq, rayon partiya təşkilatı ilə əlaqələrin daha da səmərəli olacağını bildirib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, son illər partiya sıralarına qəbul partiyanın İcra Katibliyinin təlimatlarına və partiya Nizamnaməsinə uyğun olaraq aparılır. F.Vəliyev, həmçinin, Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatlarının sənədləşmə, təşkilatın idarə olunması ilə bağlı müəyyən tapşırıqlarını da verərək, ərazi ilk partiya təşkilatları ilə daima sıx əlaqəli işlərin aparıldığını, müxtəlif tədbirlərin keçirildiyini və partiyaya üzvlərin qəbulunda keyfiyyət prinsiplərinin əsas götürüldüyünü bildirib.
Görüşdə rayonun Sabirkənd kənd tam orta məktəbinin direktoru Müqabil Yolçuyev, Sabirkənd bələdiyyəsinin sədri Etibar Əliyev, rayon təşkilatının aparat rəhbəri Şövqi Həsənov və digər partiya fəalları çıxış edərək Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı, tərəqqisi, xalqımızın firavan, xoşbəxt yaşaması üçün daha böyük uğurlara nail olacaqların vurğulayıblar.
R.KAMALQIZI