PDF Oxu

Sosial

  • 29

Naxçıvan: folklor mətnlərində yaşayan tarix

Naxçıvan: folklor mətnlərində yaşayan tarix

AMEA Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru və digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur və öyrənilir. AMEA-dan verilən məlumata görə, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadənin işıq üzü görmüş monoqrafiyası diqqəti cəlb edir. "Naxçıvan: folklor mətnlərində yaşayan tarix" adlanan yeni tədqiqat əsərində Naxçıvan folkloru öz zənginliyi, qədimiliyi, xüsusilə, semantik anlamı ilə öz əksini tapıb.

Gənc tədqiqatçı monoqrafiyanın nəşrində məqsədinin Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvanın folklor mətnlərində adların, xüsusi əhəmiyyətli sözlərin genezisini, mənasını ətraflı araşdırmaq, folklorşünaslıq üçün vacib və əhəmiyyətli sahəni təbliğ etmək olduğunu qeyd edir. Müəllif yeni nəşrdə bu qədim diyarın folklorunu öyrənməyin və araşdırmağın folklorşünaslığımızın zənginləşməsinə töhfə verdiyini, həmçinin, ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirir.

Araşdırmalar, əsasən, üç istiqamətdə aparılmışdır. Tədqiqat əsərində Naxçıvan folklor mətnlərində hazırkı dövrdə işlənən və xüsusi əhəmiyyət kəsb edən adlar, müəyyən tarixi dövr kəsiyində Naxçıvan folklorunda təhlil və tədqiq edilir, eyni zamanda, folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adın və ya folklor nümunəsinin bütövlükdə şərhi verilir.

Yeni nəşr Naxçıvan Muxtar Respublikasının folklor nümunələrində yaşayan tariximizin daha dərindən öyrənilməsi baxımından qiymətli mənbədir.

ZÜMRÜD

Digər xəbərlər