PDF Oxu

Sosial

  • 47

Müasir dünyamızda istirahət üçün ən əlverişli məkan

Müasir dünyamızda istirahət üçün ən əlverişli məkan

İlham Əliyev: "Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir"

Bu gün dünyada nümunəvi inkişaf modelinə malik olan Azərbaycan davamlı inkişafı ilə regionun lider dövlətinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə dövlət proqramlarının icrasının uğurla həyata keçirilməsi ölkənin iqtisadi inkişafına təsirini göstərib, vətəndaşların sosial rifahı və həyat səviyyəsi yüksəldilib.Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları turizmin daha da inkişafına səbəb olub. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları turizm siyasətinin həyata keçirilməsinə əsaslı dönüş yaradıb. Regionlarda bu sahənin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə mütəmadi səfərlər təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilməkdədir."Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı", eləcə də "Azərbaycan Respublikasında turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı"ndan irəli gələn məsələlər öz həllini tapıb. Ölkədə turizmin inkişafına münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Prezidentin Sərəncamı ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə, ölkəmizin bir sıra regionlarında Lənkəran şəhərinin, Tovuz, Gədəbəy, Oğuz, Masallı və Astara rayonlarının turizm inkişaf planı hazırlanaraq həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev turizmin hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan sahə olduğunu bildirib: "Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir".Onu da qeyd etməliyik ki, ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, peşəkar kadların hazırlanmasına diqqətin artırılması, eləcə də ölkəmizin coğrafi mövqeyi Azərbaycanın turizm ölkəsi tək tanınmasında əsas amillər sırasındadır. Bakının ümumi görünüşünü daha da müasirləşdirən "Alov Qüllələri", Dövlət Bayrağı Meydanı, "Crystal Hall", Heydər Əliyev Mərkəzi kimi tikililər və memarlıq inciləri kimi heyrətə səbəb olan nadir nümunələr onun panoramasında nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Paytaxtımızda "Four Seasons", "Hilton Baku" və "Kempinski Badamdar" kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. Bu və ya digər amillər də Azərbaycanın turizm sahəsində rəqabət imkanlarını çox yüksəldir. Bu, həm də ölkəmizin əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir.

"ÖLKƏMİZİN TƏBİİ İMKANLARI, ŞƏHƏRLƏRİMİZİN GÖZƏLLİYİ, AZƏRBAYCANDA HÖKM SÜRƏN SABİTLİK, TƏHLÜKƏSİZLİK, ƏLBƏTTƏ Kİ, TURİSTLƏRİ DAHA DA ÇOX CƏLB EDİR"

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar və müxtəlif görüşlərdir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində uğurlar sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik: "Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda mövcud olan sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, "Formula-1" yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir".

AZƏRBAYCAN BAŞQA ÖLKƏLƏRLƏ MÜQAYİSƏDƏ ƏN ÇOX SƏFƏR EDİLƏN TURİST ÖLKƏSİDİR

Qeyd edək ki, əgər 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə və Avropadan idisə, bu gün onun coğrafiyası genişlənib. Təkcə Körfəz Əməkdaşlığı Şurası ölkələrindən statistik rəqəmlərə nəzər salsaq, deyə bilərik ki, 2016-cı ilin 6 ayı ərizində Azərbaycana 30 mindən artıq turist gəlib. Bütövlükdə isə, bu müddətdə ölkəyə 972 min turist gəlib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana hər ay on min insan səfər edir. Elə bu günlərdə müxtəlif turizm resursları üzrə Rusiyanın axtarış saytı olan "kayak.ru" bu ilin qış mövsümündə rusiyalılar arasında ən populyar turizm istiqamətlərinin reytinq cədvəlini tərtib edib və Azərbaycan başqa ölkələrlə müqayisədə ən çox səfər edilən turist ölkəsi kimi yer alıb. Buna səbəb olan amillərdən bir də Bakıya təyyarə ilə gedib-gəlməyin rusiyalılara 7569 rubla başa gəlməsidir. Tbilisiyə biletlərin qiyməti 13 227 rubl, Yerevana isə 14 079 rubldır. Uzaq ölkələr arasında populyar istiqamət Tel-Əvivdir. Bu şəhərə uçuşun qiyməti 19 261 rubl təşkil edir.Bu reallıqlar, bir daha onu deməyə əsas verir ki, müasir Azərbaycan dünyada istirahət üçün ən əlverişli məkanı kimi tanınır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər