"Human Right Watch" təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia "NİDA"çı Qiyas İbrahimovun etdiyi cinayət əməlinə görə, 10 il müddətinə azadlıqdan məhrum edilməsinə ənənəvi ampluasına uyğun münasibət bildirib. Q.İbrahimovu "olduğu"ndan artıq təqdim edən, guya onun siyasi baxışlarına görə həbs edildiyini bəyan edən G.Gogia bir məsələni unudur ki, müdafiə etdiyi şəxsdən 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirdi və məhkəmənin qərarı ilə, heç bir siyasi çalar olmadan cinayətkarı 10 il müddətinə azadlıqdan mərhum etdi. "Freedom House", "Human Right Watch" təşkilatıları açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edir, bu və ya digər formada qanunlarımızın icra olunmasına təzyiq göstərməyə çalışırlar. Bir neçə gün bundan öncə Fransada siyasi baxışlarına görə gənc oğlan polis tərəfindən atların ayaqları altına salındı və nəticədə, o, şikəst oldu. "Human Right Watch" təşkilatı buna münasibət bildirdimi? ABŞ-da Respublikaçıların iqtidarda olmasını bütün dünya üçün utancverici olay adlandıran müstəqil bloggerin velosipedinin yük yerindən odlu silah aşkar olundu və həbs olundu. Blogger 7 müddətinə azadlıqdan məhrum edildi. "Human Right Watch" buna münasibət bildirməkdən niyə çəkindi? ABŞ məhkəməsindən, yoxsa pul aldığı dairələrin qınağından çəkindi? Cənab Gogia, Azərbaycanda narkotikin satışı, alışı, istifadəsi və hazırlanması qadağandır. Qanunlarımız heç kimin cibinə və evinə narkotik qoymaq cəsarətini kimsəyə vermir. Bizləri ittiham etdiyiniz məsələlər daha çox sizin ölkələrdə müşahidə olunur. Məsələn, prezidentliyə namizəd olan bəzi Qərb dövlətlərinin siyasətçilərinin arvadlarının porno-görüntülərini çəkən, maşınına narkotik qoyduran, daha sonra siyasətçiləri bununla şantaj edən sizin ölkələr deyilmi?
"Human Right Watch" təşkilatının Cənubi Qafqaz direktoru yazır: "İbrahimov ona qarşı irəli sürülmüş ittihamları polis işgəncələri alında etiraf edib". Absurd! Əgər həqiqətən, işgəncə verilibsə, o zaman Qiyasın üzərindəki işgəncə əlamətləri harasındadır? Nə üçün onun üzərində işgəncə əlamətləri aşkar olunmadı? Heç olmasa, ittihamı elə irəli sürmək lazımdır ki, ortada fakt-sübut olsun. Q.İbrahimov tam sağlam formadadır və son məhkəmədə də sözünü heç bir təzyiq olmadan dedi. Sadəcə, siyasi fəaliyyətləri ilə cinayətlərini ört-basdır etmək istəyən bu cür ünsürləri müdafiə etmək sizə də başucalığı gətirməyəcək. Bir gün həftə səkkiz-mən doqquz, açıqladığınız qərəzli, nifrin dolu hesabatlarınıza görə Azərbaycanın ciddi təpkisi ilə rastlaşacaqsınız. Sanki bu təşkilat sırf Azərbyacanla bağlı fəaliyyət göstərir və məqsədi də qanunların icrasına don geyindirmək, hansısa formada təzyiqlər göstərməkdir.
Samir