Yazıma "Din nədir" sorğusu ilə başlamaq istəyirəm. Din, Allah-Taalanın insanlar üçün göndərdiyi qanun və əməllərdir.
Yazardan insanların doğru-düzgün yola getmələrini, şər və zinadan uzaq olmalarını, ruhi və fiziki bədənlərini təmiz saxlayaraq, Rəbbə yaxın ola biləcəklərini aşılamaq səbəbi ilə yer üzünə zaman-zaman Bilicilər-Peyğəmbərlər göndərmişdir.
İnsanların Peyğəmbərlərin söylədiklərini qavramaları da müxtəlifdir, yəni alimlər, şairlər, söz sərraflarının, fəhmiləri olanların deyilənlərin kökünə vararaq Rəbb-İnsan uzlaşmasının mümkünlüyünü anlamışlar.
Çoxluq, yəni kütlə, dərinlərə vara bilməsələr də, günah işlədərlərsə axirətdə ala biləcəkləri yerin cənnət, yaxud cəhənnəm olması səbəbindən qorxu təpkisi altında, deyilənlərə əməl etməyə çalışmışlar.
Başqa bir qisim şərr yolunu tutanlardır.
Şərqdə, Rəbə - yanaşmaq, Ona yaxınlaşa bilmək üçün sözün böyüklüyünü qəbul edərək sətiraltı mənaları dərk edənlər, şeirlə deyilənlərin fəlsəfi anlamını söyləmiş və müəyyən təriqətlərədə birləşmişlər: sufılik, hürufılik və qeyriləri. Lakin burada zor yoxdur və qılınc da məcazi mənadadır.
Qərb dünyasında "qardaşlıq" adlanan bir cəmiyyət yarandı və sonralar "masson" kimi tanınan bu quruluş, təriqət indi də mövcudur.
Masson təriqətində sıralanma, bölünmə üslubu xüsusi qeyd olunmalıdır.
İndi isə islam pərdəsi altında gizlənmiş və çox məharətlə maskalanmış, "Feto" şəbəkəsinə nəzər salaq "Feto" bölümünün, "masson" sıralanmasının eyni olduğunu görməmək mümkün deyildir.
On illər ərzində qurulmuş, təkmilləşmiş, şagird, "usta köməkçisi", "usta" təliminə əsaslanmış və Fətullah Güləni Mehdi-Sahibi-Zaman adlandıraraq, insanların inamını dinlə əlaqələndirmiş və onu müqəddəs kimi qələmə verən bu təşkilatın Qərbin mürtəce qüvvələrindən qaynaqlandığını sübut etməyə heç lüzum yoxdur, çünki bu, aksiomadır.
Massonları Allahsız adlandıran N.A.Berdyayev 1926-cı ildə yazırdı: "Ən böyük və ən qəddar "Antixrist"-güc kommunizm olaraq masson xarakteri daşıyır".
Diqqət edək, bu gün islam pərdəsini üzünə maska kimi çəkən "Fetoçular, əslində "Antiislam" olan dinsizlərdir və başqalarının əlində oyuncaqdırlar.
Masson cəmiyyətinin ilkin yaranmasının kökündə Allah-Taalanın Adəmə verdiyi bilgiyə əsaslanmasına şübhəmiz yoxdur, fəqət, zaman-zaman bu təriqət, öz məqsədləri üçün hakimiyyətə can atan, bir quruluş kimi formalaşmışdır.
İnsanların dini duyğuları ilə oynayan, bu fırıldaqçı şeyx Nəsrullah və onun əlaltıları, əslində, islama zərbə vurmaq, böyük Türk dövlətini içəridən parçalamaq məqsədi güdən Qərbin çox məharətlə işlədikləri bir siyasətdir.
Fətullah Gülən və onu xaricdən idarə edənlər, massonların əlaqə formasındakı ardıcıllığını əsas götürərək bir labirint, yaxud dövlətin bütün qurumlarına işləmiş hörümçək toru mexanizmini yarada bilmişdilər.
Bir haşiyə çıxım, rəvayətə görə çar Süleyman Yerusəlimi tikməyi Xırama öyrətmişdi, o isə 30 (otuz) min insan yığaraq onları "şagird", "usta köməkçisi", "usta" olmaqla üç hissəyə ayırdı və hər biri xüsusi biliyə malik idi və sirli işarələrlə biri-birini tanıya bilirdilər. Əsas işarə Xırmada idi və o, sirr kimi əsl massonlara məlum olaraq "tabu" olaraq qorunurdu.
Oxucu, bu günün prizmasından baxanda yuxarıdakılar inandırıcı görünməyə bilər, lakin "Feto"çuların "kod" adları, yuxarı mənsəblilərin özlərində "Bir dollar"-lığın xüsusi işarə kimi istifadələrini və ən ümdəsi bir dollar üzərindəki şəklin "massonların simvolu" olduğu danılmazdır.
Lakin əsas sirr, yaxud məqsəd özünü din xadimi kimi göstərən, əslində isə, islamın ən böyük düşməni Fətullah Güləndir.
Baxın, min illərin keçməsinə baxmayaraq, bu quruluşdan məharətlə istifadə edənlər, nəinki Türkiyənin, hətta bütün türk millətinin ən əsası isə islamın qatı düşmənləridir.
Türkiyə çox millətli bir dövlətdir və hansı dinə mənsub olmasından asılı olmayaraq, onlar bu ölkənin vətəndaşlarıdırlar. Dövlət isə vətəndaşını qoruyur və qayğısına qalır.
Türk dövlətinin get-gedə güclənməsi Qərbi narahat etməyə bilməzdi və onlar planlar cızaraq müxtəlif zamanlarda çevrilişə cəhdlər etdilər, sonralar isə ortaya "kürd" problemini saldılar. Osmanlı xilafətinin 1920-1923-cü il müqaviləsi ilə sıxışdırılaraq bir Türkiyə dövlətində cəmləşməsi belə, Qərbin mənafelərinə zidd olaraq, qonşularında turk-islam ölkəsini qəbul etmək istəmirdilər.
İllərlə hazırlanmış planların məqsədi, Türkiyə adlı dövləti xəritədən silmək və onu hissələrə bölərək yox etməkdən ibarət idi.
Məlumdur ki, kürd millətinin bir neçə sitayiş mənbəyi vardır, baxın onlar kütlə arasında oda sitayiş edən, Zərdüştü və onun təlimlərini yayaraq insanların PKK-da cəmləşməyə çağırış edirlər.
Sovetlər İttifaqının qurulması dövründə bir deyim var idi, deyərmişlər ki, çar Nikolayı piç-a-piç yıxdı, bu "Bərabərlik", "Azadlıq", "Qardaşlığı" təlqin edən kommunistlərin böyük bir təbliğat mexanizmi idi.
Yuxarıda deyilənlər, insanları çaşdıran, onların dini duyğuları ilə oynayan təşkilatçıların mənfur planıdır.
"Feto" planı "nur"çuları önə çəkərək, insanın hər şeyə qadir olduğunu aşılamaq və Rəbbdən uzaqlaşmağı təlqin etmək idi.
Diqqət edək, Türkiyədə xristian dininə sitayiş edənlər vardır və çörəyini yeyib, suyunu içdikləri bu torpaq həm də onların vətənidir. Onların da içərisində katoloki, provaslavı, riqoryanları, babtistləri və qeyriləri vardır.
Baxın "Zərdüşt" "ələvi" problemi təfriqələrə səbəb olur, fəqət xristanlığın məzhəbləri dost münasibətlərindədirlər. Bu dilemma dünənin və bu günün sualıdır və cavab isə elə sualın özündədir, yəni islam dininə zərbə vurmağa, türk millətini və dövlətini parçalamaqdır.
PKK-nı, "Feto"nu yaradanlar zərurət olaraq, illər uzunu qarşılarına qoyduqları məqsədə çatmağı zaman-zaman həyata keçirməyə çalışmışlar.
Lakin son çevrilişə cəhdin uğursuzluğa uğraması, vətəndaşların torpağını qorumaq üçün canlarından keçməsi Fetonu və onun başında duranları şişirdilmiş topun havasını buraxmağına bənzətdi.
Daha bir olanı diqqətə gətirərək, yəni vətəni, torpağı, bayrağı uğrunda şəhid, qazi düşənlər içərisində qeyri-din nümayəndələrinin yoxluğu nəzərdən qaçmaya bilməz.
Demokratiyadan dəm vuranlar "Feto" diktaturası və onun üslubu ilə hansı formada razılaşa bilərdilər, suların cavabı birmənalı olub aksiomadır.
Bu quruluş məhz onların təbliğat maşınında yaranaraq "Parçala və hökm sür" devizini qarşılarına məqsəd qoymuşdular, lakin ən əsas olanı unutmuşdular.
Allah-Taala öz nəzərini adı müqəddəs ayla səslənən Rəcəb, soyadı ər kişidən doğulan və məkanına Tayıb olan insandan əsirgəmədi.
Deyilənlər və dünyada baş verənlər şeytanın "Helloin" bayramına bənzəyir. Bu çaxnaşmaların başında duranların hansı millətə mənsubiyyətindən asılı olmayaraq, onların Şeytana xidməti danılmazdır.
Lakin unudurlar ki, Allah-Taala sonuncu din "İsalami və sonuncu Peyğəmbər Həzrəti Muhəmməd (ə.s) -ı seçdi".
Yuxarıda deyilənlərlə əlaqəli olan bir nüansı nəzərinizə çatdırmaq istərdim.
Əvvələr sirr kimi qorunan bir həqiqtə çoxlarına məlumdur.
Qəbul edilmiş səmavi dinlərin ən qədimi yəhudi dinidir və sizə inandrıcı görünməsə də, oxuyacağımz sırf həqiqətdir.
Dünyasını dəyişən yəhudini axirət evinə göndərən anda Ravvin yaxınlaşaraq mərhumun qulağına pıçıldayır. "Allah-Taala təkdir, Muhəmməd (s) Onun Rəsuludur" və yaxud "Səndən orda soruşsalar demə ki, demədim, Sən Muhəmməd övladısan".
Amin!
Oxucu, bu məqamda şərhə ehtiyac yoxdur.
Rəna Rəşidova, həkim