PDF Oxu

Sosial

  • 1 787

"Müasir dövrdə effektiv idarəetmənin problemləri" mövzusunda elmi-nəzəri konfrans keçirilib

"Müasir dövrdə effektiv idarəetmənin problemləri" mövzusunda elmi-nəzəri konfrans keçirilib

Dünən Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin "Doktorantura və əlavə təhsil" şöbəsinin təşkilatçılığı ilə "Müasir dövrdə effektiv idarəetmənin problemləri" mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların elmi-nəzəri konfransı keçirilib.

Konfransda çıxış edən ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov respublikamızda təşəkkül tapmaqda olan bazar iqtisadiyyatı şəraitində idarəetmə elminin müasir problemlərinin tədqiqatının xüsusi əhəmiyyət kəsb etdiyin diqqətə çatdırıb.

Natiq bildirib ki, "Dövlətin və bələdiyyənin idarə edilməsi", "Sosial-iqtisadi sahələrin idarə edilməsi", "Təhsil və mədəniyyətin idarə edilməsi", "Biznes idarəçiliyi", "İnvestisiya menecmenti", "İdarəetmədə hüquq problemlər", "İdarəetmədə multikultural dəyərlər" bölmələrində, ümumilikdə konfransın gündəliyinə daxil edilən 30 məruzə dinləniləcək. Konfransın əsas məqsədi Azərbaycanda mövcud idarəetmə problemlərinin aşkar edilməsi, müxtəlif sahələrdə qarşıya çıxan mühüm məsələləri təhlil müstəvisində qiymətləndirməklə effektiv həll variantının təcrübədə uğurlu tətbiqindən ibarətdir.

Konfransda ATMU-nun "Doktorantura və əlavə təhsil" şöbəsinin müdiri Nəsirullah Nəsirli çıxış edərək qeyd edib ki, bazar iqtisadiyyatı planlı təsərrüfata nəzərən idarəetmə qərarları qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar hazırlayan mütəxəssislərə qarşı daha yüksək olur: "Bazarın tələblərinə cavab verən, istehlakçıları özünə cəlb edən, yeni sosial-iqtisadi xüsusiyyətlərə malik orijinal məhsul və xidmət istehsalı səmərəli strategiyanın işlədilməsi və tətbiqini tələb edir ki, bu da idarəçinin və rəhbərliyin funksiyasına daxildir".

ZÜMRÜD

Digər xəbərlər