PDF Oxu

Sosial

  • 480

Tələbə və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi keçirilib

Tələbə və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi keçirilib

Dünən Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi öz işinə başladı. İki gün davam edəcək Konqresin açılış günündə müxtəlif ölkələrdən nümayəndələr, ATU-nun professor-müəllim heyəti və tələbələri iştirak edirdi.

Konqres öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Konqresin açılışında çıxış edən, ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov qeyd etdi ki, hər il ənənəvi olaraq Azərbaycan Tibb Universiteti Tələbələri və Gənc Həkimlərinin Beynəlxalq Tibb Konqresi keçirilir. I Beynəlxalq Konqres 2014-cü ilin mayında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmişdi. Həmin Konqresə 20-dən artıq xarici universitetlərin təmsilçiləri qatılmışdı.

R.Bəylərov ali məktəb qarşısında duran ən böyük vəzifələrdən biri, bəlkə də birincisi istedadlı və ixtisaslışmış kadrların hazırlanmasının olduğunu, bu baxımdan, aparılan işlərdə Tələbə-Elmi Cəmiyyətinin xüsusi rolu olduğunu qeyd etdi: "Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir. Bu tədbirlərin aparılmasının nəticəsidir ki, artıq xarici tələbələrin ölkəmizə marağı durmadan artır. Bu gün bu Konqresə qatılan iştirakçılar bunu bir daha sübuta yetirdilər".

Daha sonra Türkiyə İstanbul Universitetinin tibb fakültəsinin professoru Levent Aftan çıxış edərək, Konqresin beynəlxalq səviyyədə təşkilini tibb elminə verilən dəyər kimi qəbul etdiyini bildirdi.

İstanbul Universitetinin tibb fakültəsinin professoru Levent Aftan universitetlərində 750 azərbaycanlı tələbənin olduğunu dedi və bunların 150 nəfərinin tibb fakültələrində təhsil aldıqlarını nəzərə çatdırdı.

Daha sonra plenar iclas öz işinə start verdi. Plenar iclasda ATU-nun nümayəndələrinin çıxışı ilə yanaşı, Milli-Onkoloji Mərkəzdə aparılan geniş spektrli əməliyyatlar barədə Niyazi Əsgərov məlumat verdi. Konqresdə Almaniyadan Araşdırmalar Mərkəzindən Mehdi Əhmədur, Türkiyədən Tuğba Uysal prezentasiya ilə çıxış etdilər.

NƏZAKƏT

Digər xəbərlər