Bu mövzuda Gəncədə Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında" 24 fevral 2016-cı il tarixli 1805 nömrəli Sərəncam imzalamışdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək üçün Gəncə şəhərində müxtəlif mədəni tədbirlərin keçirilməsi məqsədilə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən Nazirliyin, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə cari ilin 2-3 noyabr tarixində Gəncə şəhərində "Gənclər-İnnovasiyalar-Kitabxanalar" Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək.
Elmi-praktiki konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsinin tanınmış mütəxəssisləri Vadim Stepanov, Aleksandra Vaxruşeva, Vladimir Lyutetski, Yekaterina Popova, Olqa Andon və Pavel Pelevin iştirak edəcəklər.
Konfrans respublikanın müxtəlif kitabxanalarında çalışan gənc kitabxanaçılar üçün mütərəqqi bilik və vərdişlərin mənimsənilməsi, innovativ metodların öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əməli-praktiki əhəmiyyətə malik olacaq.
ZÜMRÜD