PDF Oxu

Sosial

  • 500

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

İclasda rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub

27 sentyabr 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmiş, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunmuşdur. İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda, Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilmişdir.

Vətəndaşlara müraciət:

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılmışdır.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcəkdir.

Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə olunması xahiş olunur.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası

Dünya ölkələrində rəqəmli TV yayımının tətbiqi haqqında qısa

MƏLUMAT

Azərbaycanda rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanmışdır. Bakı şəhəri və Abşeron yarımadası ərazisində "Elettronika" tipli İtalya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilmişdir. Şuranın Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilmişdir. Bu yayımın parametrləri aşağıdakı cədvəldə verildiyi kimi olmuşdur:

Radiovericinin orta gücü, Vt

Modulyasiya üsulu

Modulyasiya rejimi

Mənbənin kodlanması üsulu

300

16-QAM

8k

MPEG-2

Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilmişdir. Hazırda işlədilən TV yayım vericilərinin gücü artırılmış və parametrləri müasirləşdirilmişdir. Bu parametrlər aşağıdakı cədvəldə verilir.

Radciovericinin orta güjü, Vt

Modulyasiya üsulu

Modulyasiya recimi

Mənbənin kodlanması üsulu

1200…2400

64-QAM

8k, 16k, 32 k

MPEG-4

Azərbaycan Respublikası əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunmuşdur. Bu məqsədlə hazırda 103 TV yayım vericisi quraşdırılmışdır (Onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunur). Daha 45 azgüclü TV vericisi sifariş edilmişdir.

Avropa Birliyi rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlamışdır. Bu birliyə daxil olan ölkələr DVB-T sistemindən istifadə etmək üçün razılığa gəlmişlər. Rəqəmli TV yayımının tətbiqi cədvəldə verilmiş xronologiya üzrə yerinə yetirilmişdir.

№

Ölkənin adı

Rəqəmli TV yayımının başlanma tarixi

Analoq TV yayımının dayandırıldığı tarix

Qeyd

Avropa ölkələri

1

Hollandiya

11 dekabr 2006-cı il

2

İsveç

1999-cu il

2008-ci ilin əvvəli

3

Almaniya

25 noyabr 2008-ci il

Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanal-larda analoq TV yayımı qalmaqdadır.

4

Danimarka

1 mart 2003-cü il

1 noyabr 2009-cı il

5

Norveç

1 sentyabr 2007-ci il

1 dekabr 2009-cu il

6

Fransa

31 mart 2005-ci il

29 noyabr 2011-ci il

Bu tarixdə Fransada bütün tip (kabel, peyk və yerüstü) TV yayımları üzrə analoq formalı yayım dayandırılmışdır.

7

Portuqaliya

29 aprel 2009-cu il

26 aprel 2012-ci il

8

Böyük Britaniya

1998-ci il

24 oktyabr 2012-ci il

Xarici ölkələrdəki hərbi birləşmələrində və regional kanal-larda analoq TV yayımı qalmaqdadır.

9

Avropa Birliyinin digər ölkələri

2012-ci ilin sonu

10

Türkiyə

2006-cı il

2015-ci il

2015-ci il planlaşdırılsa da analoq yayımı bu günə qədər davam edir.

Amerika ölkələri

11

ABŞ

1998-ci il

12 iyun 2009-ju il

12

Kanada

1 mart 2003-cü il

31 avqust 2011-ci il

13

Meksika

2 iyul 2004-cü il

31 dekabr 2016-cı il

MDB ölkələri

14

Gürcüstan

1 iyul 2015-ci il

Əslində, 2016-cı ildə dayandırılmışdır.

15

Ermənistan

10 iyul 2015-ci il

16

Ukrayna

31 dekabr 2016-cı il

Nəzərdə tutulur

17

Rusiya Federasiyası

2017-ci il

Bu müddətdən tez ola bilməz. Əhalinin 95%-nin rəqəmli TV yayımını izləmək imkanı ilə məhdudlaşdırılmışdır.

Asiya ölkələri

18

Tailand

1aprel 2014-cü il

31 dekabr 2019-ju il

19

İran İslam Respublikası

2009-cu il

31 dekabr 2020-ci il

2011-ci ildən əhalinin 40% rəqəmli TV yayımını izləyə bilir.

20

Vyetnam

1997-ci il

31 dekabr 2020-ci il

Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri vardır:

- Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması.

- TV vericisinin gücünün azaldılması imkanı.

- Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.

- Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması.

- Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması.

- Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi.

- TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı.

- İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.

- Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.

- Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.

Digər xəbərlər