PDF Oxu

Sosial

  • 35

Serj status-kvo deyir

Serj status-kvo deyir

BMT verdi sərt qərar:

Ordunu yad yurddan çıxar!

Açıb bazar, edib ah-zar,

Hay "çatışmır hava" deyir.

El-obamda yortsa belə,

İşğal şövqü artsa belə,

Rus yedəkdə dartsa belə,

"Ne bayus ni kavo" deyir.

Rus raket, bulyon buraxır,

Paris modnı don buraxır,

Obama milyon buraxır,

Serjik "bomba-bomba" deyir.

Uğurlar əldə etsək də,

Vurub qabağa getsək də,

Çox silahlı gəbərtsək də,

Düşmən "dava-dava" deyir.

Hər niyyəti dəyib daşa,

Diasporu deyir, yaşa!

BMT salsa da başa,

O, cavabı qaba deyir.

NATO burubdu şurupu,

Öləziyib Minsk Qrupu,

Qızıxıb daşnak güruhu,

Serj status-kvo deyir.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər