Oktyabrın 19-da Goranboy rayonunun Yeni yaşayış massivinə köçürülən Xocalı 1 saylı orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən nikahlar və onun sahəsində maarifləndirmə" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Məktəbin direktoru Vidadi Rəhimov çıxış edərək bildirib ki, dövrümüzün ən ağrılı məsələlərindən biri də erkən nikahlardır: "Erkən nikaha daxil olan qızlarımızın hamısı, nəinki ali məktəbi, hətta orta məktəbi belə bitirə bilmirlər. Belə olan təqdirdə, savadsızlığın dairəsi daha da genişlənir. Erkən nikahların qarşısının alınması üçün təkcə qızlarımız deyil, valideynlər də maariflənməlidirlər. Layihə rəhbəri Leyla Əlizadə çıxış edərək diqqətə çatdırdı ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il erkən nikaha 18 yaşa qədər daxil olan qadınlarımızın sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Tədbirdə layihə çərçivəsində nəşr olunan bukletlər paylanıldı və hədiyyələr verildi.
Xocalı 4 sayı orta məktəbi
Oktyabrın 20-də Ağcakənd qəsəbəsinə köçürülən, Xocalı 4 sayı orta məktəbində Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən növbəti tədbirdə məktəbin pedaqoji kollekti ilə yanaşı, icra hakimiyyətinin müavini Lamiyyə Qarayeva, söbə müdiri Ramilə Qafarova, Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Cəfərova və digərləri iştirak edibər. İH-nin müavini L.Qarayeva çıxış edərək bildirib ki, Azərbaycan qanunvericiliyinə görə erkən nikah 18 yaşından kiçik oğlanlar və 17 yaşından kiçik qızlar nikaha daxil olmamaldır. Erkən nikah gənclərin gələcək həyatına çox ciddi zərbə vurur. ERMƏNİ Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı isə bildirdi ki Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə 16 yaşına çatmayan qızların molla kəbini ilə ərə verilməsinə görə valideynə 3 ilədək azadlıqdan məhrum etmə cəzası verilir. Təəssüf ki, hələ də ölkəmizdə erkən nikahların qarşısının alınması üçün ciddi addımlar atılmır. Layihə rəhbəri isə bu layihəni maliyyələşdirdiyi üçün Gənclər Fonduna minnətdarlığını bildirib. Daha sonra tədbir iştrakçılarına bukletlər paylanıldı və sualları düzgün cavablandıran şəxslərə hədiyyələr verildi.
Xocalı rayonunun Meşəli kənd orta məktəbi
Oktyabrın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə köcürülən Xocalı rayonunun Meşəli kənd orta məktəbində keçirilən növbəti tədbirdə pedaqoji kolektivin və yuxarı sinifin şagirdləri iştirak ediblər. Məktəbin psixoloqu Araz Mahmudov çıxış edərək bildirib ki, erkən nikaha daxil olan oğlan və qızlarımızın psixologiyasında ciddi problemlər yaranır. Onlar ailə həyatına hazır olmadıqlarından, intihara belə gətirib çıxarır. Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı çıxışında bildirdi ki, Türkiyə Cümhüriyyətində övladlarını erkən nikaha cəlb edən valideyinlərə 22 il cəza verilməsi gündəmə gətirildi. Bizdə isə bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunsa da, hələ də bir qərar ortaya qoyulmayıb. Layihə rəhbəri Leyla Əlizadə isə belə layihələrdən bəhrələnənlər qaçqın və məcburi köckün qızlarımız olurlar ki, onlar gələcəklərini düzgün müəyyən edə bilirlər. Məktəbin pedaqoji kollektivi belə layihələşdirdikləri üçün Gənclər Fondunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Daha sonra tədbirdə bukletlər paylandı, hədiyyələr verildi.
Xocalı rayonunun Böyrü qəsəbəsi Cəmilli kənd orta məktəbi
Goranboy rayonuna köçürülən Xocalı rayonunun Böyrü qəsəbəsi Cəmilli kənd orta məktəbində keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məlahət xanım İsmayılova bildirib ki, cəbhə bölgəsində yaşayan yeniyetmələrimizin sağlamlığında onsuz da problemlər yaranır. Qızlarımızın erkən nikahlara cəlb olunması ilə onların yükü 2 qat artacaq. Biz valideyn iclaslarında bu məsələyə də toxunuruq. Layihə rəhbəri Ailə, Qadın və Uşaq problemləri üzrə Komitənin bununla bağlı bir çox bölgələrdə tədbirlər keçirdiklərini, hələ də qızlarımızın erkən nikahlara cəlb olunduğunu bildirdi. Hər kəs bilməlidir ki, gələcəyin layiqli vətəndaşı olmaq üçün savadlı və bilikli olmalısan. Tədbirin sonunda şagirdlərə bukletlər paylandı, hədiyyələr verildi.
Goranboy rayonuna köçürülən Xocalı rayon Musiqi Məktəbində
Goranboy rayonuna köçürülən Xocalı rayon Musiqi Məktəbində də Azərbabcan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Erkən nikahlar və onun sahəsində maarifləndirmə" layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdi giriş sözü ilə açan məktəbin direktoru Pərviz Allahverdiyev bildirib ki, bu gün, təəssüf ki, gözəl musiqi duyumu və bacarığı olan qızlarımızı erkən nikahlara cəlb edirlər. Biz gözəl bir səsi itiririk.Belə halların qarşısının alınması üçün belə tədbirlərin keçirilməsi layihələrin maliyyələşməsi təqdirəlayiqdir. Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı da bildirdi ki 15-19 yaşlı qadınlarımızın dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları daha da çoxdur. Layihə rəhbəri bu layihənin vacibliyini vurğuladı. Sonda şagirdlərin ifasında mahnı və musiqi səsləndi, bukletlər paylandı, hədiyyələr verildi.
NƏZAKƏT